image-rt-reklam
image-1backend

Polşa XİN başçısının keçmiş müavini saxlanılıb

image-728x90

Polşa Mərkəzi Antikorrupsiya Bürosunun əməkdaşları Varşavada xarici işlər nazirinin keçmiş müavini Petr Vavjikanı saxlayıblar.

Ulusal.az  xəbər verir ki, bu barədə “Polsat” telekanalı məlumat yayıb.

“Mütəşəkkil Cinayətkarlığa və Korrupsiyaya Qarşı Mübarizə Departamentinin Lyublin şəhər prokuroru saxlanılan şəxsə qarşı 2022-ci ilin fevralından 2023-cü ilin may ayına qədər maddi gəlir əldə etmək və səlahiyyətli olmayan şəxsə rəsmi məlumat vermək məqsədilə vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə ittiham irəli sürüb”, – Polşa prokurorluğunun kommünikesində deyilir.

Daha əvvəl P.Vavjik və Polşa Xarici İşlər Nazirliyinin daha 9 əməkdaşı 2022-ci ildə Afrika və ərəb ölkələrindən olan miqrantlara qanunsuz olaraq 200 min Polşa vizası verməkdə ittiham olunurdu. İttihamlar sübuta yetirilərsə, P.Vavjik 10 il müddətinə azadlıqdan məhrum edilə bilər.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90