image-rt-reklam
image-qadin_hebsbackend

Polis idarəsinə 100 dəfə şikayətə gedən qadın HƏBS OLUNDU

image-728x90

Bakıda 100 dəfəyə yaxın polis idarəsinə gedərək iş rejimini pozan qadın həbs edilib.

42 yaşlı İsmayıllı sakini Kəmalə Raufzadə (şərti ad-soyad) dekabrın 21-dən etibarən Bakıda 100 dəfəyə yaxın Metropolitendə Polis İdarəsinə gedib.

İttihama əsasən, o, polis işçilərinə qarşı nalayiq ifadələr işlətməklə onların iş rejimini pozub, söyüş söyüb. Ondan bu hərəkətlərinə son qoymasını tələb edən polisin tələblərinə tabe olmayıb. Daha sonra onun barəsində inzibati tutulma haqqında protokol tərtib olunaraq baxılması üçün Yasamal Rayon Məhkəməsinə göndərilib.

Metropolitendə polis şöbəsinin ictimai təhlükəsizlik bölməsinin rəisi məhkəmədə bildirib ki, K.Raufzadə qeyd edilən tarixlərdə polis idarəsinin inzibati binasında, onun giriş hissəsində ünvanlı-ünvansız nalayiq ifadələr işlədərək xırda xuliqanlıq edib: “Həmin xanım yaxın bir neçə ay ərzində 100 dəfəyə yaxın idarəyə gəlib. Əksər hallarda səbəbsiz yerə növbətçi hissədə olan polis əməkdaşlarına, dəhlizdə rastlaşdığı polislərə nalayiq sözlər deyib. Üstəlik, mənim şəxsi mobil nömrəmə təhqiramiz mesajlar göndərib”.

K.Raufzadə isə məhkəmədə deyib ki, o, polis idarəsinə şikayət etmək üçün tez-tez gedib: “Bir müddət əvvəl baş vermiş cinayətlə bağlı idarəyə müraciətim olmuşdu. Lakin məni qəbul etmirdilər, hər dəfə növbəti gün gəlməyimi deyirdilər. Daha sonra polis əməkdaşları tərəfindən şiddət və təhqirə məruz qaldım. Bu barədə Yasamal Rayon Prokurorluğuna müraciət etmişəm. Polis idarəsinə təxminən 60-70 dəfə getmişəm. Məqsədim oradakı rəhbər şəxslərlə görüşüb bəzi şəxslərin “axırına çıxmaq” idi. İş üzrə sənədlər qəsdən mənim əleyhimə tərtib edilib. Özümü təqsirli bilmirəm”.

Yasamal Rayon Məhkəməsi iddia olunan tarixlər üzrə polis idarəsinin kamera görüntülərini araşdırıb. Həmin qadının polislərlə mübahisə edərək idarənin iş rejimini pozduğu sübuta yetirilib. K.Raufzadə İnzibati Xətalar Məcəlləsinin 510 (xırda xuliqanlıq) və 535.1-ci (polisin qanuni əmrinə tabe olmama) maddələri ilə təqsirli bilinərək 10 gün müddətinə həbs edilib. (“Qafqazinfo”)

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90