image-rt-reklam
image-1backend

PKK-ya məxsus 27 hədəf məhv edilib

image-728x90

İraqın şimalında separatçı terror təşkilatı PKK-ya məxsus 27 hədəf həyata keçirilən hava əməliyyatları nəticəsində məhv edilib.
Ulusal.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin yaydığı bəyanatda bildirilib.
“Heç bir şəhidimizin qanını yerdə qoymayacağıq. Terror təşkilatı PKK-nın Metina, Zap, Hakurk, Qara və Qəndil bölgəsində istifadə etdiyi sığınacaq və mağaralar məhv edilib. Həyata keçirilən hava əməliyyatı nəticəsində ümumilikdə 27 hədəf məhv edilib”,-deyə bəyanatda vurğulanıb.
Xatırladaq ki, dünən terror təşkilatı PKK-nın ”Pəncə-Kilid” əməliyyatı bölgəsinə sizma və hücum cəhdi nəticəsində 1 əsgər şəhid olub, 4 əsgər də yaralanıb.
İlkin məlumata görə, hava hücumu zamanı 6 terrorçu zərərsizləşdirilib.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90