image-2000x150
image-22backend

Peskovdan Priqojinin təyyarə qəzasını Kremlin törətdiyi iddialarına REAKSİYA

image-728x90

“Priqojinin təyyarəsinin qəzaya uğramasında Putinin əlinin olması ilə bağlı yayılan məlumatlar tamamilə yalandır”.

Bunu Kremlin mətbuat katibi Dmitri Peskov deyib.

Onun sözlərinə görə, Tver vilayətində təyyarə qəzası və sərnişinlərin ölümü ətrafında çoxlu fərziyyələr var.

Peskov bildirib ki, Qərbin Priqojinin ölümündə Rusiya hökumətini günahlandırması tamamilə əsassızdır:

“Bütün bunlar yalandır. Hadisənin baş verməsinə dair faktlar istintaq tərəfindən dəqiqləşdirilir. Və bu məsələni işıqlandıraraq, faktlara əsaslanmaq lazımdır. Hələlik faktlar azdır, istintaq hərəkətləri zamanı onlara aydınlıq gətirilməyib. Hazırda lazımi müayinələr aparılır. Nəticələr çıxan kimi məlumat veriləcək”.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90