Bu gün “Vətən naminə Tavuş” müxalif hərəkatı yerli vaxtla 15:00-da Ermənistan parlamentinin binası önündə aksiya keçirəcək. Həmin saatda parlamentdə hökumətin iclası keçiriləcək.
Ulusal.az “News.am”a istinadən xəbər verir ki, bununla əlaqədar Ermənistan polisi parlament binasının önünə tikanlı məftillər və xüsusi texnika gətirməyə başlayıb. Eyni zamanda ərazidə polis qüvvələrinin sayı artırılıb.
Ölkənin Daxili İşlər Nazirliyi aksiya iştirakçılarına və təşkilatçılara müraciət edərək ictimai asayişi pozacaq fəaliyyətlərdən çəkinməyə çağırıb.
Qeyd edək ki, Ermənistanın Baş naziri Nikol Paşinyanın hazırda parlament binasında olduğu və 2023-cü il büdcəsinin icrasının müzakirəsində iştirak etdiyi bildirilir.