image-2000x150
image-1663055484-nikol-pashinyan_1-2backend

“Paşinyan dediklərinə ona görə əməl etmir ki,…” -Politoloq

image-728x90

Erməni Baş nazir Nikol Paşinyan Ermənistanın işğal altında saxladığı Azərbaycana məxsus 8 kəndi qaytarmağa hazır olduğunu deyib.

Söhbət Qazax rayonunun yeddi kəndi (Yuxarı Əskipara, Aşağı Əskipara, Bağanıs Ayrım, Barxudarlı, Sofulu, Qızılhacılı, Xeyrimli) və Sədərək rayonunun Kərki kəndindən gedir. Qeyd edək ki, Ermənistanın Baş naziri Nikol Paşinyan mətbuata açıqlamasında növbəti dəfə Azərbaycan və Ermənistan arasında imzalanacaq sülh müqaviləsinə toxunub. O, çıxışı zamanı Ermənistanda Azərbaycanın ərazi bütövlüyünə aid olan anklavlar məsələsinə aydınlıq gətirib. Maraqlıdır Paşinyan bu açıqlaması ilə erməni cəmiyyətinin hücumuna məruz qalıb. Lakin digər tərəfdən Paşinyan indiyədək söz verdiyi sülh vədlərinin heç birini yerinə yetirməyib.

image-arzuman_muradli-yeni_foto_-2

Politoloq Arzuman Muradlı Ulusal.az-a açıqlamasında bildirib ki, Nikol Paşinyan verdiyi vədləri yerinə yetirməməsi o deməkdir ki, o ciddi təzyiq altındadır:

“Qazax rayonunun yeddi kəndi və Sədərək rayonunun Kərki kəndinin qaytarılması sərhədlərin delimiytasiyası və demarkasiyası prosesi ilə bağlıdır. Bunun bir tərəfi də sülh müqaviləsindən asılıdır. Çünki həmin kəndlərin bir neçəsi, o cümlədən Kərki anklavdır. Sülh müqaviləsi olmadan və sərhədlər müəyyənləşmədən həmin kəndlərə gediş-gəliş çox çətin olacaq. Bu kəndlərlə əlaqəni təmin etmək üçün yol və ya dəhliz açılmalıdır. Paşinyanın açıqlamasına gəlincə, onun guya Ermənistana məxsus anklavların olması barədə dedikləri cəfəngiyyatdır. Ermənistanın revanşist müxalifəti Paşinyana ciddi təzyiq göstərir. Ona görə də Paşinyan siyasi balansı tarazlamaq üçün belə açıqlamalar verir. ”.

Politoloq qeyd edib ki,  bu gün reallıq və sənədlər , hüquq və həqiqət Azərbaycanın tərəfindədir:

“Nikol Paşinyan erməni müxalifətinin  zərbəsindən qorxur. Ermənistan terror dövlətidir. Bunu Paşinyan da anlayır. O, öldürülməsindən qorxur.Bu erməni cəmiyyətində adi haldır. Mən hesab edirəm ki, Paşinyan çıxışlarının çoxunda səmimi deyil və o idarə olunur” -deyə Arzuman Muradlı bildirib..

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90