Paşinyan hakimiyyətdə “böyük təmizləmə” aparacaq.
Publika.az Ermənistanın “Hraparak” qəzetinə istinadən xəbər verir ki, İrəvanda Ağsaqqallar Şurasına seçkilərdən sonra Nikol Paşinyanın hökumətdə dəyişikliklər edəcəyi gözlənilir.
Məlumata görə, ən azı beş nazirin vəzifəsilə vidalaşacağı ehtimal olunur. Buna səbəb kimi korrupsiya və digər narazılıqların olması göstərilir. “Seçkilərdən əvvəl onlara toxunulmur ki, hakim gücün reytinqi düşməsin”, – məlumatda bildirilir.
Qeyd edək ki, ötən gün Ermənistanın ərazi idarəetmə və infrastruktur naziri Qnel Sanosyanın da bu siyahıya daxil olması barədə xəbər yayılıb.
Siyahıda digər potensial namizədlər isə ətraf mühit naziri Akop Simidyan, ədliyyə naziri Qriqor Minasyan, əmək və sosial məsələlər naziri Narek Mkrtçyan və yüksək texnologiyalar sənayesi naziri Robert Xaçatryandır.