image-rt-reklam
image-partlayis-1-696x434backend

Pakistanda məsciddə partlayış: 17 ölü, 100-ə yaxın yaralı – FOTOLAR/VİDEO

image-728x90

Pakistanın Peşavar şəhərində məscidlərdən birində partlayış törədilib.

“Reuters” xəbər verir ki, nəticədə 17 nəfər ölüb, 90-dan çox insan yaralanıb.

Bu barədə yerli polis idarəsinin məsul əməkdaşı Sikander Xan bildirib.

Onun sözlərinə görə, Pakistanın şimal-qərbində yerləşən Peşavar şəhərində namaz vaxtı məsciddə partlayış törədilib: “Partlayış nəticəsində binanın bir hissəsi çöküb. Dağıntılar altında adamlar qalıb”.

Peşavardakı “Lady Reading” hospitalının sözçüsü Mohammad Asim bildirib ki, yaralıların bəzilərinin vəziyyəti çox ağırdır.

 

 

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90