2023-cü ildə tibb müəssisələrində görmə qabiliyyəti tam məhdud olan 843 uşaq qeydiyyatda olub.
Ulusal.az xəbər verir, bu barədə Statistika Komitəsinin yaydığı məlumatda əks olunub. Bildirilib ki, onlardan 13 nəfəri 1,5 yaşa, 48 nəfəri 1,5 – 3, 122 nəfəri 4-6 yaş aralığında, 70 nəfəri 7 yaşda, 196 nəfəri 8-10 yaş, 394 nəfəri 11-17 yaş aralığında olan şəxslər olublar.
Həmçinin qeyd edilib ki, ötən il tibb müəssisələrində görmə qabiliyyəti qismən məhdud olan 18 913 uşaq qeydiyyatda olub. Bunlardan 186 nəfəri 1,5 yaşdan aşağı, 452 nəfəri 1,5 – 3 yaş aralığında, 1 519 nəfəri 4-6 yaş aralığında, 1 506 nəfəri 7 yaşda, 4 312 nəfəri 8-10 yaş aralığında, 10 938 nəfəri isə 11-17 yaş aralığında şəxslər olublar.
Eyni zamanda 2023-cü ildə tibb müəssisələrində eşitmə qabiliyyəti tam məhdud olan 1 418 uşaq, eşitmə qabiliyyəti qismən məhdud olan 2 429 uşaq, əqli geriliyi olan 6 009 uşaq, nitq pozuntusu olan 5 047 uşaq, poliomielit və serebral iflic qalığı olan 4 218 uşaq, skolioz (onurğa sütununun əyilməsi) xəstəliyi olan 5 528 uşaq qeydiyyatda olub.