image-rt-reklam
image-0backend

Osman Qazinin heyran qaldığı, nağıllar şəhəri olan Əskişəhər – FOTOLAR  

image-728x90

Bu şəhəri Türkiyənin nağıllar şəhəri adlandırırlar. Çünki həqiqətən Əskişəhər nağıllar şəhərinə bənzəyir. Adında Əski yəni qədim şəhər olsa da, əslində Əskişəhər bu gün Türkiyənin ən müasir şəhərlərindən biridir. Bu şəhər tarixdə iz qoyan bir çox sərkərdələrin, elm adamlarını doğulduğu yerdir. Məşhur alim Nəsrəddin Tusinin də bu şəhərdə dünyaya gəldiyini bilirdinizmi? Əskişəhər olduqca maraqlı abidələri ilə turistlərin də diqqət mərkəzindədir. Qədim tarixə malik bu şəhərin tarixdəki köhnə adı Dorliondur. Bu şəhər Səlcuq və Osmanlı dövründə də əhəmiyyətli bir qovşaq nöqtəsi olub.

image-1

Əskişəhər bu gün də sənayesi, təhsil səviyyəsi, iqtisadi durumu, arxitektura və tarixi əhəmiyyəti ilə çox fərqlərə və zənginliklərə sahibdir. Türkiyə lokomotiv və mühərrik sənayesi məhz bu şəhərdə inkişaf edib. Ankara, İstanbul, Bursa, İzmir kimi böyük bölgələrin Əskişəhərə yaxın olması, dəmiryolu şəbəkəsinin bu şəhərdən keçərək Qərb və Şərqin birləşməsində bir qovşağa çevrilməsi şəhərin coğrafi və iqtisadi quruluşuna ayrı bir rəng qatır. Əskişəhər mədən sənayesi ilə də tanınır. Mədən yataqlarında minlərlə insanlar çalışır. Türkiyədəki, hətta dünyadakı Bor ehtiyatının əhəmiyyətli bir hissəsi Əskişəhərdə çıxarılır. Dünya markası sayılan bir çox fabriklər məhz bu şəhərdə yer alıb. Ona görə bölgədə əhalinin işsizlik problemi yoxdur. Bu üzdən bura iş dalıyca gələnlər də saysız-hesabsızdır. Keçmişdən kiçik bir yer olan Əskişəhərin zamanla, əhalisi çoxaldıqca ərazisi də böyüyüb. Osmanlıların ən çox yerləşdikləri yer olub Əskişəhər. Şəhərdən 40 km aralıda Osmanlı dövlətinin qurucusu Osman Qazinin türbəsi yerləşir. Rəvayətlərə görə Osman Qazi bu ərazidən keçərkən buranı sevdiyini bildirir. Zaman keçdikdən sonra isə burada Osman Qazinin xatirəsinə türbə inşa edilir.

Əskişəhərdə əski cəmiyyətlər də az deyil. Krım tatarları, Balkan yarımadasından mühacirət edənlər və b. burada yurd salıb və öz mədəniyyətlərini, mətbəxlərini və adətlərini əski mədəniyyətə qatıblar. Xarici ölkələrdən gələnlərin hesabına Əskişəhərin əhalisi daha da artıb. Deyilənə görə, təkcə Türkiyənin 81 vilayətindən gələn insanlar bu şəhərdə yaşayır, çalışır, təhsil alır…
Əskişəhərdə dünyanın hər yerindən tələbələr təhsil alır. Anadolu Universiteti dünyanın çagdaş, dinamik və yenilikçi meqa universitetləri arasında yer alıb. Dünya standartlarında iki ayrı kampusa sahib olan təhsil ocağının 16 fakültə, 8 institut, 4 məktəbində 32 min tələbə oxuyur. Bu ali məktəbin həmçinin hər kəsin iştirak edə biləcəyi açıq kursları 1 milyon 300 min tələbəsi ilə dünyanın 2-ci meqa təhsil qurumudur.

Rəsmi rəqəmlərə görə bu şəhərdə 850 min insan yaşayır. Ortasından porsuq Çayı keçən şəhər, içərisində Osmangazi Universiteti və Anadolu Universitetinin olması səbəbiylə bir tələbə şəhəri görünüşündədir.

Eskişehir dövrümüzə qədər dəyişik sivilizasiyalar altında mövcudluğunu davam etdirmişdir. Üzərində qurulan mədəniyyətlərdən bəziləri Frigya, Bizans, Anadolu Səlcuqluları və Osmanlı İmparatorluğudur.

Bu gün Türkiyənin qədimiliklə müasirliyin bir ahəngdə qovuşduğu Əskişəhərə sizi virtual olaraq səyahətə aparacayıq.

Şəhər əsl gənclik yaşamaq üçün ən ideal bölgədir. Mərkəzindən keçən çay, rəngarəng küçələri, enerji dolu insanları, karyera fürsətləri ilə qəlbləri fəth edir. Hər il yüzminlərlə turistin ziyarət etdiyi bu şəhərdə haraları gəzmək olar? Məhz bu səbəbdən gəzməli yerləri diqqətinizə catdırırıq.

Yılmaz Büyükerkeş Balmum heykəllər muzeyi

image-1

160 dan çox balmumu heykəlinin sərgiyə çıxarıldığı muzeyin Türkiyədə bənzəri yoxdur. Muzeydə Osmanlı padşahlarından məşhur film artistlərinə qədər bir çox məşhur insanların heykəlləri var. Bura turistlərin ən sevdiyi məkanlardan biridir.

Doktorlar caddesi

image-2

Maşınların şəhərin daxilində hərəkət etməsi qadağandır. Küçədə çoxlu mağazalar var. Küçənin ortasından qatar keçən bu küçə İstanbuldakı İstiklal Caddesini xatırladır. Doktorlar Caddesində çoxlu sayda heykəllərlə qarşılaşa bilərsiniz.

Şəlalə Park

image-3

Şəlalə Park Əskişəhər mənzərəsini ən gözəl izləyə biləcəyiniz görməli yerlərdən biridir.

Odunpazarı Evləri

image-4
Odunpazarı bölgəsinin ən gözəl hissəsi sözsüz ki, Tarixi Odunpazarı evləridir. Qısa müddət əvvəl şəhərin ən qədim evləri arasında göstərilən bu tikililər ənənəvi Osmanlı memarlığının gözəl nümunələridir. Bölgədə son vaxtlar bərpa işləri aparıldıqdan sonra evlər tamamilə fərqli idi. Evlərin əksəriyyəti hələ də yaşayış üçün istifadə olmasına baxmayaraq, bəzi evlər indi butik otel, kafe, restoran, muzey və xatirə mağaza kimi fəaliyyət göstərir.

Porsuk Çayı ve Adalar Bölgəsi

image-5
Sakarya çayının ən uzun qolu Əskişəhərdə Porsuk çayından keçir. Xəritədə gördüyünüz kimi Porsuk, həqiqətən, şəhərin bir çox nöqtəsindən keçir. Bunların ən məşhurları yerli əhali tərəfindən “adalar” adlanan regiondur. Bu xəritənin şimal hissəsidir. Doktor Sokağına paraleldir.

Kurşunlu Camii ve Külliyesi

image-6
Əskişəhərdə öz qədimliyini qoruyub saxlayan tarixi, dini abidələrdən biri də Kurşunlu Camidir.  Caminin 1525-ci ildə Çoban Mustafa Paşa tərəfindən inşa edildiyi bildirilir. Cami bu gün də dindarların və ziyarətçilərin girişi üçün açıqdır.

Alaaddin məscidi

image-7
Əskişəhərdə daha bir qədim tikili isə Alaaddin Məscididir. Məscid  1267-ci ildə inşa edilib.  Maraqlıdır ki, 1944-1951 illəri arasında Əskişər  Arxeoloji Muzeyinin açılmasına qədər bu məscid muzey olaraq istifadə edilirdi.

Qədimliyi özündə əxs etdirən Əskişəhər, həm də müasirliyin simvoludur. Bu qədim şəhəri həm də gənclər şəhəri də sayırlar. Məhz bu səbəbdən qədimliklə müasirliyi özündə əks etdirən Əskişəhərə yollanın.

Qoşqar Salmanlı

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90