image-rt-reklam
image-1backend

Onlara iki ay vaxt verildi: Ölkəni tərk etməlidirlər

image-728x90

Maldiv adaları rəsmiləri martın 15-dək hindli əsgərlərin ölkədən çıxarılamsını istəyiblər.

Ulusal.az xəbər verir ki, Maldiv prezidenti Məhəmməd Muizzunun ictimai siyasət katibi Abdulla Nazim İbrahim mətbuat konfransında deyib ki, Maldiv adaları və Hindistan rəsmiləri paytaxt Maledə Hindistan qoşunlarının çıxarılması ilə bağlı danışıqlar aparırlar.

İbrahim 88 hindistanlı hərbçinin 15 mart tarixinə qədər ölkədən çıxartmaq istədiklərini ifadə edib:

“Hindistanlı hərbçilər Maldiv adalarında qala bilməz. Bu, prezident Muhammed Muizzunun və bu rəhbərliyin siyasətidir”.

Mətbuat konfransında danışan Muizzu “Maldiv adaları kiçik ola bilər. Ancaq bu, heç bir ölkəyə bizə toxunma haqqı vermir. Biz müstəqil və suveren bir dövlətik” deyib.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90