image-rt-reklam
image-4backend

Oksford və Harvardda dərsliyə salınan möhtəşəm qala: Turistlər Kilitbahir qalasını niyə ziyarətgah hesab edir?

image-728x90

Bəzən bir ölkənin tarixini, əzəmətini açıqlamaq üçün bir tarixi abidə kifayətdir. Qalalar, bürclər, qalaçalar və digər istehkam tikililəri əsrlər boyu dövlətlərin sərhədlərini qoruyub. Onların neçə düşmən hücumunun qarşısını və neçə məkrli planı pozması saya gəlməz. Türkiyə mədəniyyət tarixində xüsusi yeri olan və dövlət tərəfindən qorunan abidələr çoxdur. Belə abidələr bu gün dünyanın bütün nöqtələrindən gələn turistlərin ziyarətgahına çevrilib.  Dövlətlərin var olması, taleyi bu tikililərin çoxu ilə sıx bağlıdır, qalaların öz tarixləri isə zaman keçdikcə əfsanəyə çevrilib.

Türkiyənin var olması, ya.aması və dünyaya hakim olmasında xalqların özünəməxsus rolu olub. Türk milləti əsrlər boyu yaşadığı regionda hakim olması onu döyüşkənliyi ilə əlaqəlidir. Osmanlı dövründə, bu bayraq altında yaşayan bütün xalqlar vahid halda mübarizə aparıblar. Məhz dövlətin yaşaması üçün döyüşən əsgər və strateji qalalar mühüm amildir. Belə abidələrdən biri də bu gün minlərlə turistin ziyarət etdiyi  Çanaqqala Kilitbahir qalasıdır. Olduqca maraqlı bir tarixə malik olan bu qala haqqında oxucularımıza məlumat vermək qərarına gəldik.

image-1

1462-ci ildə Çimenlik qalası ilə eyni vaxtda inşa edilən Çanaqqala Kilitbahir qalası memarlığı və dizaynı ilə bənzərsizdir. Bu qalanın xüsusi memarlığı bütün dünyada İncəsənət Tarixi kitablarında qeyd olunur. Bu gün Oksford və ya Harvardda sənət tarixi üzrə təhsil alan bir tələbə də Çanaqqala Kilitbahir qalası ilə bağlı dərsliklərdə məlumat alır. Dünyanın bu iki məşhur universiteti öz dərsliklərinə məhz bu qala haqqında məlumatlara yer verib. Bu Çanaqqala Kilitbahir qalasının dünya üçün necə əhəmiyyətli bir tarixi abidə olduğunu bir daha sübut edir.

image-2

Kilitbahir qalasının özəlliyi nədən ibarətdir?

Kilitbahirin ən diqqət çəkən xüsusiyyəti ondan ibarətdir ki, qala  yeddi mərtəbəli, yonca planlı daxili qaladır. Bu plan sxemi heç bir başqa qalada istifadə olunmamışdır. Hər mərtəbədə fərqli sayda hücrə olan daxili qalaya giriş şimaldakı qapıdan edilir.

Kilitbahir və Çimenlik qalaları Boğazı yaxından qorumaq və İstanbula gedən yeganə su yolunu nəzarətdə saxlamaq üçün tikilmişdir.

image-3

Qanuni Süleyman 1551-ci ildə qalada bəzi təmir işləri apararaq, qala qapısı və Sarı Qala kimi tanınan istehkam divarı əlavə etdi. Osmanlılar  dövründə əlavə edilən Sarı Qala üç mərtəbəlidir və aşağı mərtəbəsi anbar kimi istifadə olunur. Mərtəbələr arasında keçidlər daş pilləli pilləkənlərlə təmin edilir. Diametri doqquz metr olan qüllədə yeddi döyüş divarı var. Qüllənin içindəki rəngarəng Boğaz xəritəsi I Dünya Müharibəsi zamanı hazırlanmışdır. Qüllə hazırda Çanaqqala Döyüş Əsərləri Muzeyi kimi fəaliyyət göstərir.

Piri Rəis öz əsərində izah edir ki, yerləşdiyi qəsəbəyə də adını verən qala Kilitbahir (dənizin kilidi) adlanır.

Sultan Əbdüləziz tərəfindən də təmir edilən qala topçularla da möhkəmləndirilib. Qalanın şimalındakı xarici istehkam divarı II. Əbdülhəmid tərəfindən tikilmişdir.

İç qala iki bayır divar xətti ilə əhatə olunub və bu xarici divarların divar qalınlığı daxili qala divarlarından xeyli nazik saxlanılıb. Divar xəttindən kənarda qalan qala bir tərəfdən dəniz, digər tərəfdən isə dərin xəndəklə əhatə olunub. Xarici divar xəttinin uzunluğu 500 metr, hündürlüyü isə 4 metrdir. Üç darvazasından ikisi tikilərək bağlanan bayır divar xəttinin ancaq şimalındakı qapısı açıqdır. Klae divarları 18 mart 1915-ci ildə dəniz döyüşü zamanı ağır bombardmanlara tab gətirdi. Çanaqqala müharibəsində strateji mövqeyi ilə mühüm rol oynayan qala 14 noyabr 1980-ci ildə Mədəniyyət Nazirliyi tərəfindən qeydiyyata alınıb.

Dünya Turizm Təçkilatı tərəfindən xüsusi reyestrə alınan bu qalaya il ərzində çoxsaylı turist gəlir. Maraqlıdır ki, Türkiyənin incisi adlanan bu qala bütün türkdilli ölkələrdən Türkiyəyə səfərə gələn turistlərin sevimli ziyarət yeridir. Türkdilli ölkələrdən gələn turistlər bu qlaya ziyarət kimi baxırlar. Çünki bu qala Türkiyə dövlətinin var olmasında əhəmiyyətli çəkiyə malik olub.  Yolunuz bu qalaya düşsə, bir qalanı ziyarət etməklə Türkiyənin döyüş və əzəmət tarixinə şahidlik edəcəksiniz.

Qoşqar Salmanlı

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90