image-rt-reklam
image-1backend

Oğlan oteldə sevgilisi ilə oldu, çəkdiyi videoları qızın ailəsinə göndərdi… – Şok

image-728x90

1999-cu il təvəllüdlü Şamil sevgi münasibətində olduğu Pərvanənin (adlar şərti verilib – red.) onunla olan intim görüntülərini yaymaqda ittiham edilib.

Ulusal.az Teleqraf.com-a istinadən xəbər verir ki, Şamil 2022-ci il aprel ayının sonlarında Səbail rayonu ərazisində yerləşən “Shalimar” adlı oteldə sevgi münasibəti saxladığı Qəbələ rayon sakini Pərvanə ilə birlikdə olan zaman mobil telefonla onun intim hərəkətləri çəkib və görüntüləri mobil telefonunda saxlayıb.

Şamil həmin il mayın 22-də Pərvanəni könüllü olaraq özü ilə Füzuli rayonunun kəndinə evinə aparıb və onunla qeyri-rəsmi nikah münasibətlərində olub. Aralarında yaranmış mübahisələrdən sonra Pərvanə iyulun 22-də Qəbələ rayonunun kəndinə atası evinə qayıdıb.

Şamil dəfələrlə Pərvanənin atası və əmisinin mobil telefonlarına zəng vuraraq onun geri qayıtmasını tələb edib. Əks halda mobil telefonunda Pərvanənin rüsvayedici videogörüntüsünü yayacağı ilə onları hədələyib.

Lakin Pərvanə özü və valideynləri onun geri qayıtmasına razı olmayıblar. Şamil videoçəkilişi materialını sentyabrın 12-də saat 12.55-də vatsapla qadının əmisinə, sentyabrın 14-də isə nənəsinə yollayıb.

“Bir-birimizdən xoşumuz gəldi”

İstintaq orqanı tərəfindən Şamilin barəsində Cinayət Məcəlləsinin 156.1-ci (şəxsi və ailə həyatının sirri olan məlumatların, belə məlumatları əks etdirən sənədlərin, video və foto çəkilişi materiallarının, səs yazılarının yayılması, habelə satılması və ya başqasına verilməsi qanunsuz toplanılması) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Şamil ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, 2017-ci ildən öz adına olan mobil telefon nömrəsindən, eyni zamanda təxminən bir il olar ki, ana nənəsinin adına olan nömrədən internetə daxil olmaq üçün istifadə edir:

“2021-ci il avqustun təxminən ortalarında “Telegram” sosial şəbəkəsində Pərvanə ilə tanış oldum. Təxminən 15-20 gün ərzində Pərvanə ilə həmin sosial şəbəkədə mesajlaşaraq danışdıqdan sonra ondan telefon nömrəsini aldım. Tez-tez vatsap vasitəsi ilə görüntülü danışdıq. Bir neçə dəfə danışdıqdan sonra bir-birimizdən xoşumuz gəldi.

Həmin vaxt Abşeron rayonu Masazır qəsəbəsində dayım Vəlinin evində qalırdım. Dayımla birlikdə fəhlə işləyirdim. Pərvanəyə Masazır qəsəbəsində yaşadığımı bildirdim. Pərvanə isə əslən Qəbələ rayonundan olduğunu, nənəsi və xalası ilə xalasıgilin Sumqayıt şəhərində yerləşən evində yaşadığını dedi”.

“Çılpaq şəkillərini mənə göndərdi”

Təqsirləndirilən şəxs qeyd edib ki, Pərvanə ilə ilk dəfə 2021-ci il sentyabrın təxminən sonlarında Bakı şəhərində “Dənizkənarı bulvar” ərazisində görüşüb:

“Orada gəzdik, restoranlardan birində çay içdik. Bir neçə saat keçdikdən sonra Pərvanəni bacısının “İzmir parkı” adlanan ərazidə kirayədə yaşadığı evə yola saldım. Bundan sonra görüntülü danışarkən ondan çılpaq fotoşəkillərini mənə göndərməsini xahiş etdim. Pərvanə də bir neçə dəfə özünün çılpaq vəziyyətdə olan şəkillərini vatsapdan mənə göndərdi.

Həmin fotolara baxdıqdan sonra telefonumun yaddaşından sildim”.

“Videoçəkiliş apardığımı gördü”

Şamilin sözlərinə görə, 2021-ci ilin dekabrın əvvəllərində günorta saatlarında Pərvanə ilə “Tarqovı” adlanan ərazidə görüşəndən sonra onun razılığı əsasında “Tarqovı” adlı otelə gediblər:

“Əvvəlcədən sifariş verdiyim otaqda öz razılığı əsasında Pərvanə ilə təxminən 1-2 saat müddət ərzində qeyri-təbii yolla bir neçə dəfə cinsi əlaqədə oldum. Bu hadisə təxminən 2-3 dəfə təkrarlandı. Hər dəfə otelə 20 manat ödəmişəm.

2022-ci il aprelin təxminən sonunda, axşam saatlarında Pərvanənin razılığı əsasında yenidən onunla “Tarqovı” adlı otelə getdim. Gecə özünün razılığı əsasında onunla ilk dəfə təbii yolla cinsi əlaqədə oldum, bakirəliyini pozdum.

Gecəni oteldə qaldıq. Səhəri gün axşam saatlarında Pərvanə ilə birlikdə Səbail rayonu ərazisində yerləşən “Shalimar” adlı otelə getdik. Həmin gecə də səhərə kimi oteldə qaldıq. Pərvanə ilə bir neçə dəfə öz razılığı əsasında təbii yolla cinsi əlaqədə oldum. Həmçinin mənim təklifim əsasında digər seksual xarakterli hərəkətlər etdi. Bu zaman istifadə etdiyim telefonla həmin anın videoçəkilişini apardım.

Videoçəkilişi Pərvanənin razılığı əsasında etmişəm. O, videoçəkiliş apardığımı görüb. Pərvanənin razılığına əsasən öz telefonumdan həmin videonu səhəri gün onun hesabına göndərmişəm”.

“Evdə narazılıqlar baş verdi”

Şamil qeyd edib ki, daha sonra onlar evlənmək qərarına gəliblər: “22 may 2022-ci ildə Pərvanənin Digah qəsəbəsində yerləşən bibisigilin evinə getdim. Oradan bir taksi ilə Pərvanəni Füzuli rayonunun kəndində yerləşən yaşadığım evə gətirdim. Valideynlərimə Pərvanə ilə nikaha daxil olaraq ailə qurmaq istədiyimi bildirdim.

Onlar əvvəlcə buna razı olmasalar da, sonradan heç bir narazılıq bildirmədilər. Pərvanə ilə ər-arvad kimi yaşamağa başladıq. Birlikdə yaşadığımız müddətdə demək olar ki, hər gün onun əmisi Vüqar dəfələrlə zəng edərək evə geri qayıtmasını tələb edirdi. Buna görə aramızda bir neçə dəfə söz-söhbət yarandı.

Pərvanə anam və nənəmlə yola getmədiyinə görə evdə narazılıqlar baş verdi. Buna baxmayaraq, onunla birlikdə iyunun 16-da Füzuli rayon qeydiyyat şöbəsinə gedərək rəsmi nikaha daxil olmaq üçün ərizə verdim”.

“Məni təhqir etdilər”

Təqsirləndirilən şəxs qeyd edib ki, 2022-ci il iyulun təxminən 17-18-də evdə olan zaman Pərvanə ilə aralarında mübahisə yaranıb:

“Pərvanə nənəmin ünvanına nalayiq ifadə işlətdiyi üçün onun üzünə bir şillə vurdum. O da bu barədə əmisi Vüqara məlumat verdi. İyulun 2-də Pərvanənin atası Vahid və əmisi Vüqar Beyləqan şəhərinə gələrək yeznəm Eldarın telefonuna zəng vurdular, Pərvanəni Beyləqan rayonuna gətirməyimi tələb etdilər.

Eldarın avtomobili ilə atam və bacım Pərvanəni Beyləqan şəhərinə apardılar. Orada atamgilə bildiriblər ki, sadəcə Pərvanəni anası və bacısı görmək istəyir. 3-4 günə onu geri qaytaracaqlar.

Daha sonra Pərvanəni Qəbələ rayonunda yerləşən evlərinə apardılar. Təxminən 2-3 gün sonra Pərvanənin istifadə etdiyi telefona dəfələrlə zəng etsəm də, atası məni nalayiq ifadələrlə təhqir etdi.

Pərvanənin qayıtması üçün dəfələrlə atası və əmisi ilə telefonla danışdım. Onları dilə tutdum, xahiş etdim, onlarsa hər dəfə məni təhqir etdilər”.

“Videonu yaymaq niyyətim olmayıb”

Şamilin sözlərinə görə, Pərvanənin geri qayıtmasına valideynlərinin razılıq verməməsi və nalayiq ifadələrlə onu təhqir etməsinə görə əsəbiləşib:

“Sentyabrın 12-də günorta saatlarında yaşadığım evdə olan zaman Pərvanənin əmisi Vüqarın istifadəsində olan telefon nömrəsinin vatsapına 2022-ci ilin aprel ayında “Shalimar” otelində olanda çəkdiyim videogörüntünü göndərdim.

Məqsədim o idi ki, Pərvanənin geri qayıtmasına razılıq versinlər. Onları qorxutmaq istəyirdim əks halda videogörüntünü sosial şəbəkədə yayaraq onları biabır edəcəm.

Videonu göndərikdən sonra Pərvanənin əmisinə mesaj yazdım ki, məndə 5 dəqiqəlik başqa videogörüntü də var. Əslində başqa video yox idi. Onları rüsvay etmək niyyətim də olmayıb. Belə niyyətim olsaydı, videonu sosial şəbəkələrdə paylaşa bilərdim.

Onlar mənim barəmdə Qəbələ Rayon Polis Şöbəsinə həmin videogörüntünü göndərməyimdən 10 gün sonra müraciət ediblər. Əgər həmin videonu yaymaq, onları rüsvay etmək niyyətim olsaydı, bunu etməyə imkanım və vaxtım var idi.

Videogörüntünü Pərvanənin əmisinə göndərdikdən bir neçə saat sonra atası mənə zəng vurdu və məni nalayiq ifadələrlə təhqir etdi. Mən də söylədim ki, dediklərimi etməsələr, yəni, Pərvanəni yanıma qaytarmasalar, videogörüntünü yayıb, onları biabır edəcəm”.

“Videonu göndərdim ki, qorxsunlar”

Təqsirləndirilən şəxs deyib ki, səhəri gün Pərvanənin Sumqayıt şəhərində yaşayan xalası xatırlamadığı nömrənin vatsapından ona mesaj yazıb və Pərvanənin əmisinə göndərdiyi videogörüntünü ona da göndərməsini xahiş edib: “Əvvəlcə buna razı olmadım. Lakin çox israr etdiyi üçün razılaşdım.

Bundan bir neçə dəqiqə sonra Pərvanənin nənəsi zəng vuraraq məndən niyə belə hərəkət etdiyimi, həmin videonu hansı səbəbdən Pərvanənin əmisigilə göndərdiyimi soruşdu.

Mən də dedim ki, əvvəlcə Pərvanə ilə barışaraq onu yanıma gətirmək istəmişəm. Lakin atası məni nalayiq ifadələrlə təhqir edib, Pərvanənin heç zaman yanıma qayıtmayacağını bildirdi, mən də buna əsəbiləşdim. Buna görə videonu göndərdim ki, qorxsunlar, Pərvanənin yanıma qaytarsınlar.

Pərvanənin nənəsi dedi ki, sən narahat olma, özüm bu məsələni həll edəcəm. Bir neçə gün sonra məlum oldu ki, Pərvanənin atası Qəbələ Rayon Polis Şöbəsinə şikayət edib”.

“Məni ölümlə heç kim hədələməyib”

Təqsirləndirilən şəxs qeyd edib ki, hazırda onun istifadəsində olan mobil telefonda həmin videogörüntü yoxdur: “Videonu Pərvanənin əmisi və nənəsinə göndərdikdən sonra silmişəm. Pərvanənin dedikləri tamamilə şər-böhtandır. Heç vaxt onu fotoşəkillərini və videogörüntülərini yaymaqla hədələməmişəm, hədələməklə onunla cinsi əlaqədə olmağa məcbur etməmişəm.

Biz sevgi münasibətində olmuşuq. Pərvanə çılpaq fotoşəkillərini mənə öz razılığı ilə göndərib. Onunla cinsi əlaqədə də öz razılığı ilə olmuşam.

Heç vaxt Pərvanədən hər hansı məbləğdə pul tələb etməmişəm, kart hesabıma pul göndərməsini istəməmişəm.

Əsəbi olduğum üçün izahatımda Pərvanənin atası və əmisinin məni ölümlə hədələdiyini, məhz buna görə məndən əl çəkmələri üçün videogörüntünü əmisinə göndərdiyini göstərmişəm. Əslində heç kim məni ölümlə hədələməyib”.

“Sevgi münasibətlərimiz yarandı”

İş üzrə zərərçəkmiş Pərvanənin sözlərinə görə, 2021-ci ilin avqust ayında “Telegram” sosial şəbəkəsində olan qruplardan birində Şamillə tanış olub: “Bir müddət yazışdıqdan sonra o, vatsap vasitəsi ilə ünsiyyət qurmağı təklif etdi. Mən də razılaşdım.

Həmin vaxtdan vatsapda yazışmağa başladıq. Şamil əslən Füzuli rayonundan olduğunu, ailəsi ilə birlikdə Masazır qəsəbəsində yaşadığını bildirdi. İlk vaxtlarda münasibətlərimiz çox yaxşı idi. Beləliklə aramızda sevgi münasibətlərimiz yarandı”.

“Bacımı narahat edəcəyi ilə hədələdi”

Zərərçəkmiş qeyd edib ki, Şamillə ilk dəfə 2021-ci il oktyabr ayının xatırlamadığı günündə günorta saatlarında Bakı şəhərində Sahil metrostansiyası yaxınlığında bulvar ərazisində görüşüb: “Həmin vaxt artıq kolleci bitirərək yaşadığım kəndə qayıtmışdım. Şamillə görüşdükdən sonra Bakı şəhərində kirayədə yaşayan bacımın yanına getdim. Birlikdə bir neçə gün orada qaldıq.

Bacımın yanında qaldığım müddətdə bir neçə dəfə Şamillə görüşmüşük. Bir müddət sonra, təxminən 2021-ci ilin noyabrın ortalarından etibarən hiss etdim ki, Şamilin mənə münasibəti ciddi deyil, mənimlə evlənmək kimi niyyəti yoxdur. Bu qənaətə gəlməyimə səbəb o oldu ki, Şamillə danışdığımız vaxtlarda artıq məndən çılpaq şəkillərimi, videogörüntülərimi tələb edirdi. Mən isə buna qəti etiraz edərək bildirdim ki, sənə açıq-saçıq, lüt şəkillər, videolar göndərməyəcəyəm.

Hətta bir neçə dəfə etiraz edərək onunla münasibətlərə son qoymaq istədim. Bu barədə Şamilə dəfələrlə bildirdim. Ancaq o məndən ayrılmaq istəmədi, birgə yaşamağımızı tələb etdi. Eləcə də istədiyi vaxt görüşərək dediklərini etməli olduğumu bildirdi. Mənimlə cinsi əlaqədə olmaq istədi. Əvvəlcə buna etiraz etdim.

Şamil Bakı şəhərində 1 nömrəli tibb kollecində oxuyan bacımı da narahat edəcəyi ilə hədələdi. Bildirdi ki, bacımın qarşısına çıxacaq, onu narahat edəcək.

Bacımı narahat edəcəyindən qorxduğum üçün öz mobil telefonumla çəkdiyim təkcə alt paltarımda bir neçə ədəd şəkillərimi və videogörüntülərimi Şamilə göndərdim. Şamil də söz verdiyi kimi həmin şəkillərə, videolara baxdıqdan sonra sildiyini bildirdi”.

“Əlacsız qaldım, münasibətə son verə bilmədim”

Pərvanənin ifadəsinə görə, bir müddət keçdikdən sonra artıq Şamilə tamamilə çılpaq şəkillərini və videolarını göndərib:

“Şamil şəkillərimə, videogörüntülərimə baxdıqdan sonra sildiyini, onu heç kimə göstərmədiyini dedi. Lakin inanmadım, onunla əlaqəni kəsmək istədim. Şamil açıq-saçıq, çılpaq şəkillərimi, videogörüntülərimi sosial şəbəkələrdə yayacağını, həmçinin, yaxınlarıma, qohumlarıma göndərəcəyim ilə hədələdi. Ondan ayrılmaq istəsəm də, buna imkan vermədi.

Əvvəllər “İnstagram” sosial şəbəkəsində olan hesabımın parolunu da Şamilə verdim. Parolu da açıq-saçıq şəkillərimi, videogörüntülərimi yayacağı ilə məni hədələdiyinə görə ona verdim. Bu qayda ilə Şamillə münasibətlərə davam etdim. Əlacsız qaldım, münasibətə son verə bilmədim”.

“İyrənc hərəkətlər etməyə məcbur etdi”

Pərvanə qeyd edib ki, 2021-ci ilin noyabrın sonlarında Şamil onunla görüşərək cinsi əlaqədə olmaq istədiyini bildirib: “Həmin vaxt kənddə idim. Bir neçə gün keçdikdən sonra Bakı şəhərinə gəldim. Şamillə “Tarqovı” adlanan ərazidə görüşdük. Görüş zamanıbir daha mənimlə cinsi əlaqədə olmaq istədiyini bildirdi.

Əvvəlcə buna etiraz etsəm də, Şamilin çılpaq formada olan fotoşəkillərimi, videolarımı sosial şəbəkələrdə yayacağından qorxduğum üçün cinsi əlaqədə olmağa razılıq verdim. Birlikdə “Tarqovı otel” adlanan yerə getdik. Bir neçə dəfə öz razılığımla qeyri-təbii yolla cinsi əlaqədə oldum. Şamil məni seksual xarakterli iyrənc hərəkətlər etməyə məcbur etdi”.

“Tibb bacısı kimi işə qəbul edildim”

Zərərçəkmiş qeyd edib ki, bir ay ərzində oteldə və eyni ərazidə yerləşən adını bilmədiyi başqa bir oteldə dəfələrlə Şamillə qeyri-təbii yolla cinsi əlaqədə olub:

“2021-ci il dekabrın sonlarında kəndə gəldim. Ancaq qorxduğum üçün baş verənlər barədə heç kimə heç nə demədim. Bir müddət kənddə qaldım. Şamil yenə də vatsapa yazaraq Bakı şəhərində görüşməyi tələb etdi. 2022-ci ilin fevralın əvvəllərində Bakıya gədlim.

Bakı şəhərində sağlamlıq mərkəzində işə düzəlmək üçün müraciət etdim və orada tibb bacısı kimi işə qəbul edildim. İş tapmağımı da Şamil bildi. Bunu ona özüm dedim”.

“Məndən pul tələb etdi”

Zərərçəkmiş şəxsin sözlərinə görə, həmin ilin fevral ayından may ayının 20-nə kimi sağlamlıq mərkəzində işləyib: “Onda bibimgilin evində qalırdım. Baş verənlər barədə bibimə də heç nə danışmamışam. Həmin müddət ərzində dəfələrlə Şamillə oteldə cinsi əlaqədə olmuşam.

2022-ci ilin mayında Şamillə təbii yolla cinsi əlaqədə oldum. Buna qədər heç kimlə təbii yolla cinsi əlaqədə olmamışdım.

Artıq Şamil məndən otel pulunu verməyimi istədi. Maaş kartımdan Şamilin mənə verdiyi nənəsinə məxsus bank kartına 100 manat pul göndərdim. Bundan başqa, iki dəfə ödəmə terminalı vasitəsilə həmin kart hesabına 200 manat köçürdüm.

Şamilin video və fotolarımı yayacağından qorxduğum üçün nənəmin mənə bağışladığı dəyərini bilmədiyim qızıl üzüyü də ona verdim. Şamil üzüyü sataraq pul edəcəyini dedi”.

“Münasibətlər pisləşdi”

Pərvanə qeyd edib ki, daha sonra Şamil ondan 200 manat istəyib: “Nağd pulum olmadığı üçün anamın mənə bağışladığı bir ədəd qızıl boyunbağını “Qara Qarayev” metrostansiyası yaxınlığında yerləşən lombarda qoyaraq 170 manat məbləğində pul götürdüm. Həmin pulu və özümdə olan 30 manatı Şamilə ödəmə terminalı vasitəsi ilə göndərdim.

Şamil mənimlə ailə qurmağı, birilikdə onun yaşadığı Füzuli rayonuna getməyi təklif etdi. Öz ərizəm əsasında işdən çıxdım. Mayın 22-də Şamillə Füzuli rayonuna getdik. Biz oraya ər-arvad kimi yollandıq. Şamilin valideynləri də bizi ər-arvad kimi bildilər.

Şamildən rəsmi nikah bağlamasını istədim. O isə günü-günə satdı, rəsmi nikah bağlamaqdan imtina etdi. Bir neçə gün sonra hamiləlik testi vasitəsi ilə hamilə qaldığımı öyrəndim. Şamil isə uşaq istəmədiyini dedi.

Şamilin yaşadığı kəndə getdiyim vaxtdan mənimlə insan kimi davranmır, məni dəfələrlə söyüb təhqir edirdi. Dəfələrlə məni döymüşdü. Şamilin valideynləri isə mənimlə elə də pis davranmırdılar.

Bir müddət sonra Şamil anasıgillə də yola getmədiyi üçün artıq valideynləri məni günahkar bildilər, bu dava-dalaşın mənim oraya getməyimdən sonra baş verdiyini dedilər. Onlarla da münasibətlər pisləşdi”.

“Ancaq döyülməyimi danışdım”

Zərərçəkmişin sözlərinə görə, Şamil demək olar ki, hər gün onu döyüb, mobil telefonunu əlindən alaraq işlətməyə imkan verməyib, kimləsə əlaqə qurmağa qoymayıb, bütün qohumlarının mobil telefon nömrələrini telefonundan götürüb:

“Valideynlərim bu hadisələri əvvəllər bilməyiblər. Bu evliliyə narazı olduqları üçün Füzuli rayonuna, qaldığım yerə gəlməyiblər. Yalnız əmim Vüqar təxminən 2 həftə sonra Şamilgilin evinə gəldi. Əmimi orada xoş qarşıldılar. Mən də əmimə baş verənləri danışmadım”.

Zərərçəkmiş deyib ki, iyulun 22-də əmisinin mobil telefonuna zəng edib, yola getmədiyini bildirib, gəlib onu aparmasını xahiş edib: “Əmim dedi ki, narahat olma, gəlib səni evinə aparacam.

Əmim atamla Beyləqan rayonuna gəldi. Şamilin atası, bacısı və yeznəsi ilə biz də Beyləqan şəhərinə getdik. Orada atam və əmimlə Şamlin atası arasında söhbət oldu.

Şamilin atası mənim atamgillə getməyimə narazılıq etmədi. Elə həmin gün öz evimizə qayıtdım. Evdə atamgilə ancaq Şamil tərəfindən döyülməyimi danışdım”.

“Əxlaqsız videoları yayacağı ilə hədələdi”

Zərərçəkmiş daha sonra ifadəsində Şamilin onun əmisinə, atasına zəng edərək geri qaytmasını tələb etməsindən danışıb. Daha sonra o, ifadəsində Şamil tərəfindən əmisinə, atasına onun intim video və fotoları olduğunu deyib: “Ancaq atam məndən heç nə soruşmadı. Çünki mənim hədsiz dərəcədə psixi gərginlik keçirdiyimi bilirdi.

Atamgillə evə qayıtdıqdan sonra Şamil tez-tez atama və əmimə zəng vurur, qayıtmağımı tələb edir, əks halda əxlaqsız videolarımı, fotolarımı sosial şəbəkədə yayacağı ilə onları hədələyirdi”.

Pərvanə bildirib ki, avqustun 6-da səhhətində olan narahatlıqla əlaqədar ata-anası ilə birgə Ağdaş rayon mərkəzi xəstəxanasına gedib: “Mən hamilə qaldığımı, lakin hamiləliyin pozulduğunu bildim. Orada tanımadığım bir qadın həkim məni müayinə etdi və bildirdi ki, 8 həftəlik hamilə olmuşam, döl inkişafdan qalaraq tələf olub”.

“Şikayət etdik”

Pərvanənin sözlərinə görə, sentyabrın 20-də əmisi Şamilin ona əxlaqsız videogörüntü göndərdiyini deyib: “Əmimə yazıb ki, əgər Pərvanə qayıtmasa, həmin videonu sosial şəbəkələrdə də yayacaq. Həmin gün məlum oldu ki, Şamil intim videogörüntünü Sumqayıt şəhərində yaşayan nənəmə də göndərib. Bundan sona əmim və atamla birlikdə Qəbələ Rayon Polis Şöbəsinə gələrək ərizə ilə müraciət etdim”.

Bu cinayət işinə Füzuli Rayon Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Şamil aylıq qazancından dövlət nəfinə 20 faiz məbləğində pul tutulmaqla 1 il müddətinə islah işləri cəzasına məhkum olunub.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90