image-rt-reklam
image-444backend

Norveçdə ukraynalı qadın öldürüldü – Şübhəli şəxs azərbaycanlıdır

image-728x90

Norveçdə Ukraynadan olan bir qaçqın qadın oteldə öldürülüb.

Bu barədə polisə istinadən “Nettavisen” nəşri məlumat yayıb.

Qəzetin yazdığına görə, qadının qətli Bergendə ukraynalı qaçqınların məskunlaşdığı “Magic Hotel Solheimsviken” otelində baş verib.

Təxminən 30 yaşlarında olan ukraynalı qadın ağır vəziyyətdə otel otağında tapılıb, sonra Bergendəki Haukeland xəstəxanasına aparılıb.

Məlumata görə, qadın aldığı xəsarətlər nəticəsində xəstəxanada keçinib. Qadın uşağı ilə bir oteldə yaşayırdı. “Nettavisen”-in məlumatına görə, uşağın qətl zamanı orada olub-olmadığı məlum deyil.
Qətlin təfərrüatları açıqlanmayıb.

Qətldə təqsirləndirilən şəxs azərbaycanlıdır, 30-a yaxındır. O, saxlanılıb. Nəşrin məlumatına görə, onun və öldürülən qadının ortaq övladı var. O, günahını etiraf etmir.

Bundan əvvəl bildirilmişdi ki, Berlin qaçqın düşərgəsində kişi dövlət yardımını bölüşməkdən imtina etdiyi üçün ukraynalı arvadını bıçaqlayaraq öldürüb.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90