Ulusal.az “Euronews” istinadən xəbər verir ki, İsrailin niyə birbaşa İrana hücum etmək əvəzinə onun proksi qüvvələrini hədəfə almaqla kifayətləndiyini soruşan jurnalistin sualına İsrailin baş naziri Benyamin Netanyahu belə cavab verib:
“Kim deyib ki, İsrail İrana hücum etməyəcək? Biz İrana hücum edəcəyik. Husilər, HƏMAS və Livan Hizbullahının arxasında duran ilanın başı İrandadır”.