image-2000x150
image-image54773632_4b2cf5afc18005ffde72105c5f2daf9cbackend

Nəhəng qızıl yatağı tapıldı – Prezident xalqı muştuluqladı

image-728x90

Serbiyada ehtiyatlarına görə dünyanın ən böyük yüzlüyünə daxil ola biləcək qızıl yatağı aşkar edilib.

Bunu prezident Aleksandr Vuçiç xalqa müraciətində deyib.

“Biz ehtiyatlarının həcminə görə, Jaqubitsadan daha böyük qızıla malik daha bir yer tapdıq”, – deyə Serbiya lideri qeyd edib.

Onun sözlərinə görə, hazırda əlavə yoxlamalar aparılır, lakin ilkin məlumatlara görə, söhbət dünyada yüz ən zəngin və bəlkə də daha böyük qızıl yatağından birindən gedir.

Bundan əvvəl ölkənin dağ-mədən və energetika naziri Dubravka Cedoviç-Neqre Serbiyanın Jaqubitsa bələdiyyəsində böyük qızıl yatağının aşkar edildiyini bildirmişdi. O vurğulayıb ki, bu, bütün ölkənin iqtisadiyyatı, xüsusən Şərqi Serbiya üçün böyük əhəmiyyət kəsb edə bilər.

Vuçiç daha əvvəl bildirmişdi ki, Serbiya son iki ildə qızıl valyuta ehtiyatlarını əhəmiyyətli dərəcədə artırıb. O qeyd edib ki, ölkənin qızıl ehtiyatları 2020-ci illə müqayisədə təxminən 3 dəfə çoxdur.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90