image-2000x150
image-konfrans-liqa8558backend

“Neftçi” və “Sabah”ın yer aldığı səbətlər müəyyənləşdi: Potensial rəqiblər kimlərdir?

image-728x90

Azərbaycan klublarının 2023/2024 mövsümündə UEFA Konfrans Liqasının II təsnifat mərhələsində yer alacaqları səbətlər məlum olub.

Ulusal.az xəbər verir ki, çempionatı üçüncü sırada bitirəcəyi dəqiqləşən “Neftçi” güclülər arasında yer alacaq. Komanda səpələnmişlər səbətində olacaq.

Tarixində ilk dəfə avrokuboklara vəsiqə əldə edən “Sabah” və Premyer Liqanın dördüncüsü, yaxud ölkə kubokunun qalibi səpələnməmişlər sırasında olacaq.

Konfrans Liqasında II təsnifat mərhələsinin püşkü iyunun 21-də atılacaq, oyunlar isə iyulun 27-də və avqustun 3-də olacaq.

UEFA Konfrans Liqası, II təsnifat mərhələsi
Səpələnmişlər: “Brügge” (Belçika), “Makkabi (Təl-Əviv, İsrail), “Viktoriya” (Plzen, Çexiya), “Budyo-Qlimt” (Norveç), “Lex”, “Legiya” (hər ikisi Polşa), “Hapoel” (Beer-Şeva, İsrail), “Yurqorden” (İsveç), “Rusenborq” (Norveç), “Spartak” (Trnava, Slovakiya), “KuPS” (Finlandiya), “Neftçi” (Azərbaycan).
Səpələnməmişlər: “Hammarbü” (İsveç), “Kauno” (Litva), “Poqon” (Polşa), “Zalaeqerseq” (Macarıstan), “Sabah” (Azərbaycan), “Ordabasi”, “Aktobe” (hər ikisi Qazaxıstan), “Auda” (Latviya)
Qeyri-müəyyən: “Aris” (Yunanıstan).publika.az

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90