Argentinalı hücumçu Lukas Melano ilə anlaşan «Neftçi» daha bir legionerin yolunu gözləyir.
Adrian Mutunun xdmətində maraqlı olduğu növbəti əcnəbi də ön xətt oyunçusudur.
Klubun təmsilçiləri hazırda ölkə xaricindədir və bu transferin tezliklə baş tuimasına çalışır.
Redaksiyamıza verilən məlumata görə, baş məşqçi bu forvardı 7 namizəd arasından seçib və bəyənilən tərəf də ağ-qara formanı geyinməyə razıdır.
Sadəcə, klublar hələ təzminat məsələsində ortaq məxrəcə gələ bilməyib.