image-rt-reklam
image-1backend

Nazir Bakıda avtomobil idarə edərkən çətin anlar yaşadı — FOTOLAR

image-728x90
Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev bu gün axşam saatlarında paytaxt Bakıda yağan qarlı havada avtomobil idarə edərkən çətin anlar yaşayıb.

Demokrat.az-ın əməkdaşı nazirin görüntülərini lentə ala bilib.

Nazir Rəşad Nəbiyev idarə etdiyi son model 90-AA-414 dövlət nömrə nişanlı “Mercedes-Benz G-Class 6.3” model avtomobili ilə Heydər Əliyev prospektində buzlu yollda hərəkət edərkən, qarşısında gedən “KİA” markalı digər avtomobil qəfil əyləcdən istifadə edərək, qəza şəraiti yaradıb. Buna baxmayaraq, Rəşad Nəbiyevin peşəkarlığı nəticəsində qəzadan yayınmaq mümkün olub.

Qeyd edək ki, nazir Rəşad Nəbiyevin avtomobilini 10-DY-014 nömrəli “Toyota Land Cruiser 200” model avtomobil müşayiət edib.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90