image-rt-reklam
image-1backend

Dənizçi-şair Səxavət Ənvəroğlunun “Gecikmiş məhəbbət” adlı növbəti kitabı işıq üzü görüb

image-728x90

“Tiçprint” nəşriyyatında Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, dənizçi-şair Səxavət Ənvəroğlunun “Gecikmiş məhəbbət” adlı növbəti kitabı işıq üzü görüb. Qubada fəaliyyət göstərən A.A.Bakıxanov adına “Gülüstan” elmi-ədəbi məclisinin və Xaçmazda fəaliyyət göstərən “Ulduzlar” ədəbi məclisinin üzvü olan S.Ənvəroğlunun şeir və yazıları vaxtaşırı dövri mətbuatda dərc edilir.

Biz, bu günə qədər S.Ənvəroğlunu şair kimi tanımışıq. Belə ki, indiyə qədər onun “Ürək məndən inciyibdir” (2006), “Sən olacaqsan” (2014), “Dünyanın işindən baş açmaq olmur” (2017), “Sətir-sətir oxu məni” (2018),  “Gedirəm…” (2020), “Məni bağışla…” (2022) və “Xatirələr qocalmır” (2024) adlı şeir kitabları işıq üzü görüb. Amma bu kitaba ilk dəfədir ki, müəllifin hekayələri daxil edilib.

Kitabın redaktoru Azərbaycan Yazıçılar və Jurnalistlər birliklərinin üzvi, Prezident təqaüdçüsü, “Qızıl qələm” mükafatı laureatı Mehrəli Qulu, rəyçisi isə Bakı Dövlət Universitetinin dosenti, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü Anar Məmmədovdur.

İnanırıq ki, şairin digər kitabları kimi “Gecikmiş məhəbbət” kitabı da qədirbilən oxucular tərəfindən rəğbətlə qarşılanacaq.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90