image-rt-reklam
image-1backend

Yolun sürüşkən olması qəzalara səbəb oldu – Fotolar+Yenilənib

image-728x90

Bakının Nərimanov rayonu, Ziya Bünyadov prospekti, körpünün üzəri, Qara Qarayev prospekti və “Koroğlu” m/s istiqamətində yolun sürüşkən olması nəqliyyatın hərəkətində sıxlığa səbəb olub.

Ulusal.az  xəbər verir ki, bu haqda DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.

Sürücülərdən hərəkət zamanı diqqətli olmaları xahiş olunur.

***

Hazırda paytaxtın bəzi küçə və prospektlərində yolların sürüşkən olması səbəbindən qəzalar baş verib və nəqliyyat sıxlığı yaranıb.

Bu haqda DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin mətbaut katibi Ömər Xıdırov açıqlama yayıb.

O bildirib ki, yaranan sıxlığın aradan qaldırılması istiqamətində yol polisi ilə birgə təxirəsalınmaz tədbirlər görülür.

1. Binəqədi rayonu, Bakı Dairəvi yol, Beynəlxalq Avtovağzalın yaxınlığı, Biləcəri qəsəbəsi istiqamətində yol-nəqliyyat hadisəsi baş verib, sıxlıq yaranıb;

2. Nizami rayonu, Heydər Əliyev prospekti, “ASK Arena”nın qarşısı, mərkəz istiqamətində yol-nəqliyyat hadisəsi baş verib; sıxlıq yaranıb;

3. Binəqədi rayonu, Bakı-Sumqayıt şosesi, yol hər iki istiqamətdə sıxlıq var;

4. Nərimanov rayonu, Ziya Bünyadoov və Atatürk prospektlərinin kəsişməsi, “20 Yanvar” m/st istiqamətində sıxlıq var.





image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90