“Qarabağ” Avropa Liqasının 8-ci turunda Yunanıstanda “Olimpiakos”un qonağı olacaq. “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovun fikirlərini videogörüntüyə alıb. Mütəxəssis rəqibi ən sürətli, aqressiv oyun göstərən komanda kimi xarakterizə edib. Baş məşqçi, komandasının Avroliqada uğursuz çıxış etməyinə baxmayaraq, son matçda yaxşı nəticə üçün mübarizə aparacağını diqqətə çatdırıb.