image-rt-reklam
image-urek-tutmasibackend

Mütəxəssislərdən xəbərdarlıq: Soyuq ürəyə zərər verir

image-728x90

Mütəxəssislər soyuq havanın ürək xəstələri üçün ciddi risklər yaratdığını iddia edirlər.

Ulusal.az xəbər verir ki, mütəxəssislər damarların daralmasının səbəb olduğu infarkt və yüksək təzyiq risklərinə qarşı xəbərdarlıq edib.

Qaradəniz Texniki Universiteti (KTU) Farabi Xəstəxanası Kardiologiya şöbəsinin müdiri Merih Kutlu soyuq havanın ürək sağlamlığına təsirlərinə diqqət çəkərək xüsusilə ürək xəstələrinə xəbərdarlıq edib:

“Sağlam insanlarda problem yaratmayan soyuq hava ürək-damar xəstəlikləri olan insanlarda damarların daralmasına səbəb olaraq infarkt riskini artıra bilər. Ümumdünya Səhiyyə Təşkilatının məlumatlarına görə, hər il təxminən 18 milyon insanın ürək xəstəliklərindən həyatını itirir. Türkiyədə bu rəqəm 200 mindir. Bu vəziyyət xüsusilə koronar damar xəstələrində sinə ağrısı kimi şikayətlərə səbəb ola bilər. Eyni zamanda infeksiyalara qarşı həssaslıq da artır. Qrip və pnevmoniya kimi xəstəliklər ürək xəstələri üçün əlavə risk yaradır”.

Kutlu ürək xəstələrinə qrip və pnevmoniyaya qarşı peyvənd edilməsini tövsiyə edib:

“Sağlam qidalanma, nizamlı idman və bol maye qəbul edilməlidir. Soyuq havada küləyə qarşı yeriməkdən çəkinmək lazımdır. Qrip dərmanlarının tərkibindəki bəzi aktiv maddələr təzyiqi artıra bilər. Buna görə diqqətli olmaq gərəkdir”.publika.az

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90