Ehtiyatda olan polis general-mayoru, Quba Rayon İcra Hakimiyyətinin keçmiş başçısı Ərziman Əliyev 69 yaşında vəfat edib.
Ulusal.az Teleqraf-a istinadla xəbər verir ki, bu barədə mərhumun ailə üzvləri məlumat verib.
Bildirilib ki, Ə.Əliyevin ürəyində xeyli müddətdir problemlər yaranıbmış. Ona görə də açıq ürək əməliyyatı keçirib.
Fevralın 22-də evində yıxılıb və başı döşəməyə dəyib. Ə.Əliyev aldığı xəsarətdən dünyasını dəyişib. Hadisə baş verən zaman general-mayor evdə tək olub.
Mərhum sabah – fevralın 23-də “Qurd qapısı” qəbiristanlığında dəfn olunacaq. Qeyd edək ki, Ərziman Mikayıl oğlu Əliyev 1956-cı ildə Göyçay rayonunda anadan olub. 2004–2007-ci illərdə Quba Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışıb.
Göyçay Rayon Polis İdarəsinin rəisi, Daxili İşlər Nazirliyinin Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin rəisi olub.