image-rt-reklam
image-2backend

Şəhidin 36 yaşlı bacısı vəfat etdi – Foto

image-728x90

2023-cü ildə Qarabağda keçirilən antiterror tədbirləri zamanı şəhid olmuş Azər Məmmədovun bacısı Günay Məmmədova vəfat edib.

“Qafqazinfo”nun xəbərinə görə, xərçəng xəstəliyindən əziyyət çəkən şəhid bacısı 36 yaşında dünyasını dəyişib.

O, bu gün qardaşının məzarının yanında dəfn olunub.

Qeyd edək ki, Daxili Qoşunların müddətdən artıq həqiqi hərbi qulluqçusu A. Məmmədov 2023-cü il sentyabrın 19-da Azərbaycan Silahlı Qüvvələri tərəfindən Qarabağda keçirilən antiterror tədbirləri zamanı qəhrəmancasına şəhid olub. Ölümündən sonra 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni və “Vətən uğrunda” medalı ilə təltif edilib.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90