image-rt-reklam
image-1backend

“NATO Rusiyadan 20 dəfə güclüdür” – Sikorski

image-728x90

“NATO illərlə Rusiya ilə mübarizə aparmaq üçün kifayət qədər resursa malikdir”.

Ulusal.az xəbər verir ki, bunu Polşa xarici işlər naziri Radoslav Sikorski deyib.

O qeyd edib ki, NATO Rusiyadan 20 dəfə güclüdür. Nazir bildirib ki, NATO Rusiya ilə çoxillik müharibəyə hazırdır və onun uzunmüddətli münaqişəyə tab gətirmək üçün resursları var.

Bundan əlavə, Sikorski xatırladıb ki, onlar Ukraynada NATO missiyası yaratmaq qərarına gəliblər.

“Bu, bizim müharibəyə gedəcəyimiz anlamına gəlmir. Bu yolla biz Ukraynaya daha koordinasiyalı dəstək vermək üçün Şimali Atlantika Alyansının koordinasiya, hazırlıq və planlaşdırma imkanlarından istifadə edə biləcəyik”,-deyə o qeyd edib.“AzPolitika.info”

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90