Almaniyanın müdafiə naziri Pistorius alyansın Polşada hərbi təlimlər keçirərək Putinə aydın siqnal göndərəcəyini açıqlayıb.
“Bu, Şərqi Avropa və Baltikyanı müttəfiqlərə açıq siqnal olacaq, həm də Rusiya prezidenti Putinə NATO-nun onun düşündüyü qədər zəif olmadığına dair siqnal olacaq. Alyans Rusiyanın Ukraynada müharibəsi başlamazdan əvvəlkindən qat-qat güclü və daha birləşib”.
O qeyd edib ki, birgə təlimlər Almaniya, Polşa və ABŞ-ın iştirakı ilə Belarusla sərhəddə keçiriləcək.