image-2000x150
image-njbackend

NATO-nun bu addımı Çini qəzəbləndirdi

image-728x90

Çin NATO-nu Asiyada sülh və sabitliyə təhlükə adlandırıb.

Çin Xarici İşlər Nazirliyinin sözçüsü Mao Ninq Yaponiyada NATO-nun ilk kommunikasiya ofisinin açılmasını şərh edərkən alyansın Asiyaya doğru irəliləməsini regionda sabitliyə əngəl və sülhə təhdid kimi qiymətləndirib.

O vurğulayıb ki, Asiya ölkələri ayıq olmalı, regionun geosiyasi rəqabət meydanına çevrilməsinin qarşısı alınmalıdır.

Qeyd edək ki, bir müddət öncə “Nikkei Asia” qəzeti NATO-nun Tokioda Asiyada ilk belə əlaqə bürosu açacağını bildirmişdi. Məlumatda büronun açılışının Yaponiyanın regiondakı əsas tərəfdaşları ilə vaxtaşırı məsləhətləşmələr aparmağa imkan verəcəyi deyilir.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90