Hollandiya NATO ilə Rusiya arasında insidentlərin baş vermə ehtimalını qiymətləndirib.
Hollandiya ordusunun keçmiş komandanı, general Mart de Kruif BNR-yə müsahibəsində Moskva ilə NATO-ya üzv ölkələr arasında mümkün münaqişələri qiymətləndirib. O qeyd edib ki, NATO ilə Rusiya arasında Qara dənizdə insidentlərin baş vermə ehtimalı yüksəkdir.
Keçmiş ordu başçısı Ukrayna Silahlı Qüvvələrinin əks-hücum əməliyyatının gedişatını da dəyərləndirib. Onun fikrincə, Kiyev yalnız “kiçik qələbələr” üçün gedir, çünki Ukraynanın müdafiəsi çox təhlükəli vəziyyətdədir və Ukrayna Silahlı Qüvvələri çox şey itirmək iqtidarında deyil. Kruif eyni zamanda vurğulayıb ki, Rusiya geri zərbə endirir və Kupyansk yaxınlığında şimalda irəliləyir.