image-2000x150
image-1681817735_632849ca3a3c4backend

Musanın “Red Bull”a müqaviləsinin sirri bəlli oldu

image-728x90

Bir müddət öncə Avstriya markası olan “Red Bull” şirkəti “Qarabağ”ın 21 yaşlı hücumçusu Musa Qurbanlını rəsmən qlobal atletləri sırasına daxil etdi.

Ulusal.az xəbər verir ki, razılaşmaya əsasən gənc futbolçu bundan sonra şirkətin elçisi və siması olacaq.

Artıq uzun müddətdi ki, qlobal marka olan “Red Bull” Qurbanlının fəaliyyəti ilə maraqlanır və inkişafını izləyirdi. Onun gənc yaşda qazandığı uğurlar və əzmkarlığı “Red Bull”un idmançıları tam potensiallarına çatmaq üçün ruhlandırmaq və gücləndirmək missiyası ilə üst-üstə düşür. Bu səbəbdən də uzun sürən danışıqlardan sonra hücumçu “Red Bull” markasının qlobal idmançılarından biri elan olundu.

Görəsən, şirkət nə üçün ölkənin daha tanınmış idmançıları ilə yox, Musayla müqavilə bağlayıb? Görmüşük ki, “Red Bull” əsasən məşhur simalarla anlaşır. Ölkəmizdə isə Emin Mahmudovla Mahir Emreli bu baxımdan Musanı üstələyir. Nə üçün onlar yox, “Qarabağ”ın hücumçusu? Redaksiyamıza suallara aydınlıq gətirəcək məlumat daxil olub. Sən demə, “Red Bull”un Musa ilə müqavilə bağlaması təsadüfi deyilmiş. Şirkətin maliyyələşdirdiyi klublardan biri olan “Zaltsburq” forvardla yaxından maraqlanır. Artıq klublar arasında ilkin danışıqlar olub. Musa növbəti mövsümün əvvəllərində böyük ehtimalla Avstriya klubuna transfer olunacaq.

Qeyd edək ki, bu mövsüm ağdamlıların heyətində 33 oyuna çıxan Qurbanlı 22 qol vurub, 7 məhsuldar ötürmə verib.”Football-plus.az”

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90