image-rt-reklam
image-1backend

Müharibənin taleyini o müəyyən edəcək – ŞOK DETALLAR

image-728x90

“İsrailin Qəzzada müharibəsi tamamilə Yəhya Sinvardan asılıdır”.

Bunu İsrailin “Jerusalem Post” nəşri yazıb.

Nəşr qeyd edir ki, Qəzza müharibəsinin taleyini Sinvar müəyyən edir: “Sinvarın mövcudluğu HƏMAS terrorçularını müharibələrini davam etdirməyə ruhlandırır”.

“Jerusalem Post” onu da iddia edir ki, Sinvarın tutulması və ya öldürülməsi an məsələsidir.

Məqalədə bildirilib ki, HƏMAS-la müharibəni yekunlaşdırmaq üçün İsrailə ciddi daxili və xarici təzyiqlər var. Ən böyük xarici təzyiqin Ağ Evdən, yəni Baydendən gəldiyi vurğulanıb: “Ağ Ev Netanyahuya təzyiq edir. Prezident Baydenin gündəliyinin hərbi taktikada və ya beynəlxalq hüquqda heç bir əsası olmadığı halda, ABŞ prezidenti gündəliyindən asılı olmayaraq ultimatum təqdim etdikdə, dünya onu dinləyir”.

İsrail qəzeti Baydenin yenidən prezident seçilmək üçün bu addımları atdığını iddia edib.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90