image-rt-reklam
image-22backend

“Mozaika şəhəri” adlanan tarixi Madaba – FOTOLAR

image-728x90

“Dünyanı tanımaq üçün səyahətə çıxmaq lazımdır.” – bu fikirləri məşhur səyyah Övliya Çələbi söyləyirdi. Dünyanı kəşf etmək üçün bütün ölkələri gəzmək də lazım deyil. Tarixi gizlinləri özündə qoruyub saxlayan, dünyanın ilk yaşayış məskənlərini ziyarət etmək yetər. Belə yerlər dünyanın müxtəlif ölkələrində var. Amma elə ölkələr var ki, minillik sivilizasiya da bu mədəniyyətləri, tarixi abidələri məhv edə bilməyib. Belə ölkələrdən biri də İordaniyadır. Hər daşı, hər kəsəyi bir tarix olan ölkədir İordaniya…

Bizim  bu ölkəyə səfərimizi  İordaniya turizm bürosu və “R-travel&Tours” Azərbaycan şirkəti   gerçəkləşdirmişdi. Bu səfərə ölkəmizin bir neçə turizm şirkəti və bloggerlər dəvət olunmuşdu.

image-88

Sözsüz İordaniyada hamımız ilk dəfə idi ki, olurduq. Amma mən tarixçi olduğum üçün bu şəhərin tarixini, mədəniyyətini səfərdən öncə oxuyub, analiz etmişdim.  Tam əminliklə deyirəm ki, İordaniya elə oxuduğum matreallarla məni məftun etmişdi. İndi bu gözəllikləri öz gözlərimizlə görməyə başlamışdıq.

image-77

Səfərimizin ikinci günü İordaniyanın tarixi siması olan Madaba şəhərinə üz tutduq. Bu səfərimizdə bizə bu qədim şəhərin ən eksotik və qədim yerlərinə aparacaqlarına söz vermişdilər.  Gözlərimizlə bu gözəlliklərə şahid olduqca heyrətlənməmək olmurdu. Min illər boyu qorunub saxlanan, dağılmayan tarixi abidələrə olduqca əsrarəngiz idi. Madaba isə başqa bir aləm idi.

image-22

Madaba məxsus olduğu qədim İordaniyanın özü kimi tarixin bir parçasıdır. Bu tarix özü söhbət açır, Madabanın dünənindən danışır. Çünki bu gün Madabada olan əsrlərin o üzündən boylanan yaşayış yerləri, tarix-mədəniyyət abidələri, qəbiristanlıq və xarabalıqlar tarixi danışmağa vadar edir.

Hər daşı bir tarix olan Madabanın hər küçəsi, döngəsi bir tarixdir. Əsrləri sinəsində qonaq edən bu yurd vaxtilə təsərrüfat və ticarətin mərkəzi olub. Ona görə də alimlərdən buranı “dünya möcüzəsi” adlandıran da olub.

Madaba kənd ev həyatının birləşməsidir və dini turizm üçün qaynar nöqtədir. “Mozaika şəhəri” kimi tanınan Madaba Bizans və Əməvi mozaikalarının mədəniyyət mərkəzidir. Paytaxtdan qısa bir məsafədə ziyarətçilər dini ikonoqrafiyanın müqəddəs abidələrindən bir daş atma məsafəsindədirlər.

Ötən əsrin məşhur səyyahı Hacı Zeynalabdin Şirvani “Bustanüs-səyahə” kitabında yazırdı: “Madaba ürəkaçan bir şəhər olub. Zəlzələ bu şəhəri dağıtsa da, bu şəhərdə adam ruhən dincəlir. Şəhər ətrafında yeni şəhər salınıb ”.
Madaba  Əmmandan təxminən 35 km cənubda yerləşən şəhər . Bu qədim şəhərdə 115 min insan yaşayır.

Moavlılar tərəfindən qurulan şəhərin adı Müqəddəs Kitabda bir neçə dəfə çəkilir . Eramızdan əvvəl I əsrdə şəhər Nəbati Krallığının hakimiyyəti altına keçib . 106-cı ildən Madaba Ərəbistanın Petraea əyalətinin bir hissəsi olub . 746-cı ildə şəhər zəlzələ nəticəsində dağılıb. Yalnız 1880-ci ildə xristianlar xarabalıqları təmizlədilər və şəhəri yenidən qurdular.

Madabanın özündə və onun ətrafında  bir neçə qədim Roma abidəsi var. Bu abidələr  şəhərin cənub məhəlləsində “Axilles zalı” adlanan yer və 6-cı əsrin erkən xristian kilsələri qazılmışdır. Şəhər çoxsaylı  unikal mozaikaları ilə seçilir.

image-99

Nebo dağı qədim Moab Krallığının ən hündür nöqtəsidir, İbrahim mətnlərində Nebo dağının yeri kimi xatırlanır, bu qəsəbə ilk dəfə 4-cü əsrdə xristian köçəri qəbilə tərəfindən məskunlaşmışdır. Dini şəhərdəki dini köklərinizi araşdırın və ya Musanın Müqəddəs Torpağa baxarkən öldüyü güman edilən Nebo dağını ziyarət edin. “Musa Moav düzənliyindən Yerixo ilə üzbəüz Pisqanın zirvəsi olan Nebo dağına çıxdı”.

image-1

Aydın bir gündə səma xəttində görünən Qüds qüllələri ilə Ölü Dəniz və İordan Vadisi üzərində möhtəşəm panoramik mənzərə var.

Beit Al Bieruti qədim memarlıq üslubu ilə seçilir, çünki bu, yüz əvvəl tikilmiş bir irs evidir və Beyt Əl Beyrutidəki turistlər təcrübələri ilə onlar misilsiz turizm təcrübələrindən həzz alacaqlar, çünki bu, bir sənət və sənətkarlıq mağazasıdır.

Madaba ziyarətçi mərkəzi

image-3

19-cu əsrdə inşa edilən   bir evdə yerləşən Madaba Ziyarətçi Mərkəzi öz başına bir cazibədir. Turizm və Qədim Əsərlər Nazirliyi tərəfindən alınan mərkəz Mədəbəyə gələn ziyarətçilər üçün əla istirahət yeridir.

Madabanın hər küçəsi bir tarixdir. Amma turism küçəsi adlandırılan bu küçə əsl sənət əsərlərinin satıldığı və nümayiş edildiyi bir məkandır. Başqa bir tərədfən Madabanın hər küçəsi mozaikalarla bəzədilmiş bir cənnəti xatırladır. Burada əhalinin yaşayışı sırf turizm üzərində qurulub.

Əhalinin tərkibi isə müxtəlifdir. Turizm küçəsində gəzərkən bu şəhərin əhalisi ilə ünsiyyətdə olduq. Şəhərin 27 min sakini xristian, qalan hissəsi isə müsəlmandır.

Şəhərdə saysız hesabsız tarixi abidələr mövcuddur. Başqa maraqlı bir məqam isə şəhər əhalisinin bir neçə dildə danışmasıdır. Burada rus, ingilis, türk dillərində ünsiyyət qurmaq mümkündür. Sözsüz əsas danışıq dili ərəb dilidir. Madabada istənilən mağazaya daxil olduqda sizə kofeyə qonaq edə bilərlər. Bu şəhər mədəniyyətinin inkişafının və qonaqpərvərliyinin göstəricisidir. Yolunuz İordaniyaya düşsə mütləq bu qədim şəhəri ziyarət edin.

Qoşqar Salmanlı

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90