image-rt-reklam
image-1backend

Moskvada nə baş verir? – Rusiya güc strukturları hərəkətə keçdi

image-728x90

Dünən axşamdan Moskvada polis gücləndirilmiş iş rejiminə keçib.
Ulusal.az “Baza” nəşrinə istinadən  xəbər verir ki, buna səbəb ABŞ səfirliyinin dünən paytaxtda baş verə biləcək terror aktları ilə bağlı dərc etdiyi nəşrdir.

Qeyd olunur ki, Moskvanın mərkəzində və bəzi nəqliyyat növləri ilə bağlı patrulların sayı 2-2,5 dəfə artıb, mülki geyimli işçilər də xidmətə göndərilib.

“Üstəlik, “Baza”nın məlumatına görə, patrul xidmətində qız olmalıdır. Çox güman ki, bu, həm qadınların, həm də kişilərin yoxlanılması ilə bağlıdır”, – nəşr yazır.

Xatırladaq ki, ABŞ səfirliyi martın 7-də rəsmi internet səhifəsində vətəndaşlarına “izdihamlı yerlərdən” uzaq durmaq barədə xəbərdarlıq etmişdi. Kanada, Böyük Britaniya və Almaniya da daxil olmaqla bir sıra ölkələr oxşar xəbərdarlıqlar edib.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90