image-2000x150
image-1backend

Moskvada erməni general saxlanıldı

image-728x90

Ermənistanın Məcburi İcra Xidmətinin keçmiş rəisi, general-mayor Miqran Poqosyan Moskvada saxlanılıb. O, Ermənistanda doqquz cinayət maddəsi ilə axtarışdadır.

Bu barədə informasiya Mash Telegram kanalında yer alıb.

Mənbə yazır ki, məmur dünən günorta saatlarında Tverskaya küçəsində yol polisi tərəfindən saxlanılıb. Onun yanında qaçqın vəsiqəsi olub.

Artıq onun saxlanılması barədə Ermənistan polisinin mərkəzi idarəsinə məlumat verilib və yaxın vaxtlarda Miqranın Rusiya Federasiyasından ekstradisiya ediləcəyi bildirilir. Eyni zamanda, Rusiya tərəfi Poqosyanın əvvəllər öz vətəninə göndərilməsi tələbindən imtina edib.

Rusiyada Miqran məhsulların topdan satışı, yük daşımaları, avtomobil icarəsi və lizinqlə məşğul olur.

Poqosyan Ermənistanda 1,3 milyon dollar vergidən yayınmaqda ittiham olunur.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90