image-rt-reklam
image-1backend

Məxfi sənəd açıqlandı: Yeltsin Klintona NATO ilə bağlı şok təklif edib – Nə cavab alıb?

image-728x90

Rusiyanın birinci prezidenti Boris Yeltsin 1994-cü ildə amerikalı həmkarı Bill Klintonla görüşündə deyib ki, NATO genişlənərsə, ilk növbədə Rusiya alyansa qəbul edilməlidir.

Ulusal.az xəbər verir ki, iki lider arasında aparılan danışıqları Amerika tərəfi məxfilikdən çıxarıb.

Sənədə görə, 1994-cü il yanvarın 14-də Klintonla Novo-Oqarevoda şam yeməyində Yeltsin deyib ki, Rusiya “NATO-ya daxil olan ilk ölkə olmalıdır, ardınca “Mərkəzi və Şərqi Avropanın digər ölkələri”.

İlkin mənbəyə görə, Klinton həmkarının təşəbbüsünə çox təmkinlə cavab verib: xüsusən də onun çıxışında Rusiyanın böyüklüyü ideyası səslənib. Amma Yeltsinin təşəbbüsünə münasibət bildirilməyib.

“ABŞ, Rusiya və Avropa ölkələri də daxil olmaqla, beynəlxalq təhlükəsizliyin möhkəmlənməsinə kömək edəcək bir növ kartel yaratmaq lazımdır”, – Boris Yeltsin deyib.

Eyni zamanda Klinton ABŞ və Rusiya arasında münasibətlərin inkişafı ilə bağlı proqnoz verib. O bildirib ki, Vaşinqton və Moskva planlaşdırdıqları dostluq kursunu davam etdirsələr, o zaman bütün dünya üçün “unikal imkan” açılacaq.

“Biz Avropaya bir əsr sülh və ya daha çox zəmanət verə bilərik”, – Klinton vurğulayıb.Publika.az

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90