“İnter Mayami” Liqa Kubokunun 1/16 final mərhələsində “Orlando Siti” ilə qarşılaşıb.
Ulusal.az xəbər verir ki, komandalar “İnter Mayami”nin Fort Lauderdeyldəki stadionunda qarşılaşıblar. “İnter Mayami” rəqibini 3:1 hesabı ilə məğlub edib.
Lionel Messi bu qarşılaşmada da fərqlənib. O, dubl edib. Leo 7-ci dəqiqədə hesabı açıb, 71-ci dəqiqədə isə dublunu rəsmiləşdirib.
Liqa Kubokunda ABŞ və Meksika komandaları oynayır. Qrup mərhələsində “İnter Mayami” iki qələbə qazanmışdı. Komanda 1-ci turda Meksika “Kruz Asul”unu 2:1, 2-ci turda “Atlanta Yunayted”i 4:0 məğlub etmişdi.
Messi ilk oyunda 1 qol vurmuş, ikinci qarşılaşmada isə dubl etmişdi.Publika