Lionel Messinin 2000-ci ildə “Barselona” ilə ilk müqaviləsini bağladığı salfet İngiltərənin Bonhams auksionunda hərraca çıxarılır
Ulusal.az xəbər verir ki, bu barədə hərracın mətbuat xidməti məlumat yayıb.
Lotun özü 16,5 x 16,5 sm ölçüdə salfetdir. Messi 2000-ci ilin dekabrın 14-də 13 yaşında olarkən ona imza atıb. Hazırkı sahibi Argentinadan olan futbol agenti Horasio Qacciolidir.
Hərrac martın 18-dən 27-dək onlayn keçiriləcək. Salfetin başlanğıc qiyməti 300 min funt sterlinq olacaq.
Qeyd edək ki, Leo 2000-2004-cü illərdə Kataloniya təmsilçisinin aşağı yaş qrupları üzrə, 2004-2021-ci illərdə isə “Barselona”nın əsas komandasında çıxış edib.publika.az