“İnter Mayami”nin futbolçusu Lionel Messi ilə bağlı maraqlı məqam ortaya çıxıb.
Ulusal.az xəbər verir ki, Leo Liqa kubokunun 1/8 final mərhələsi çərçivəsində keçirilən “Dallas” görüşdə hiylə işlədib.
Onun 85-ci dəqiqəqdə cərimə zərbəsindən vurduğu qol komandasını məğlubiyyətdən xilas etməklə yanaşı, bir o qədər də gözəl alınıb. Oyundan sonra isə maraqlı məqam ortaya çıxıb. Azarkeşlərdən biri Leonun zərbədən əvvəl topu 5 dəfə necə hərəkət etdirdiyini lentə alıb.
Messi zərbə bucağını yaxşılaşdırmaq rəqib qurduğu canlı səddi diqqətlə izləyərək topun yerini dəyişib. Hakimin və oyunçuların başı qarışıq olduğu üçün Leonun hərəkətini görən olmayıb. O, doğru yeri seçdikdən sonra zərbə endirib və möhtəşəm qol alınıb.
Heybət