image-2000x150
image-image_750x_64085c7707535backend

Messini “Barselona”dan kim qovub?- SENSASİON İDDİA

image-728x90

Bu günə kimi idmansevərləri Leo Messinin “Barselona”dan niyə ayrıldığı sualı əzab çəkir. Messi ilə “Barselona” arasındakı müqavilə 2021-ci il iyulun 1-də başa çatırdı. Və İspaniya mətbuatı, Kataloniya dövri nəşrləri və məşhur jurnalist Fabrizio Romano hər şeyin qaydasında olduğunu və argentinalının tezliklə yeni müqavilə imzalayacağını təkid etsə də, bir ay sonra klubun rəsmi saytı Lionel Messinin “Barselona”dan ayrıldığını bildirib. Bu, təkcə azarkeşlər üçün deyil, Messinin özü üçün də gözlənilməz oldu. Hər şeyin səbəbi “Barselona”nın üzləşdiyi böyük maliyyə boşluğu idi. Klub Messi ilə müqavilə imzalamaq və qarşıdan gələn La Liqa mövsümü üçün onu komandaya cəlb etmək üçün maaş həddini əhəmiyyətli dərəcədə azaltmalı oldu.

Bununla belə, “Barselona” rəsmi açıqlamasında bildirib ki, La Liqa qaydalarına görə “iqtisadi və struktur maneələr səbəbindən” razılaşma baş tuta bilməz. İspaniyanın məşhur dövri nəşrlərindən biri olan AS iddia edir ki, hazırda Messi Kataloniya klubuna qayıtmaq variantını nəzərdən keçirərək keçmiş klubu “Barsa”nın nümayəndələri ilə danışıqlar aparır.

Dünya çempionunun PSJ ilə müqaviləsi 2023-cü ilin iyununda başa çatır. Beynəlxalq idman mətbuatı da bu günün Messinin karyerası üçün taleyüklü gün olduğunu iddia edir. Məsələ ondadır ki, bu gün, martın 8-də Çempionlar Liqasının 1/8 final mərhələsinin “Bavariya” – “PSJ” cavab oyunu axşam saatlarında baş tutacaq. Qeyd edək ki, qarşıdurmanın ilk oyununda Fransa klubu Almaniya klubuna minimal hesabla məğlub olub. Deyirlər ki, PSJ Münhendə mərhələni adlamaq tələbini yerinə yetirə  bilməsə, argentinalı mütləq Fransanı tərk edəcək.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90