“İnter Mayami”nin argentinalı hücumçusu, “Qızıl top”un 7 qat qalibi Lionel Messi Şimali Amerika Liqa Kubokunun ilk mərhələsində “Kruz Asul”un qapısına qol vurub.
Ulusal.az xəbər verir ki, matçın 94-cü dəqiqəsində əfsanəvi futbolçu ən yaxşı ənənəyə uyğun olaraq cərimə zərbəsindən topu rəqib qapısına göndərib. Bununla da o, komandasını irəli atıb, 2:1.
Bu, argentinalının yeni komandada debüt matçı olub. O, matçın 54-cü dəqiqəsində yarımmüdafiəçi Benjamin Kremaskini əvəzləyərək meydana daxil olub.
Xatırladaq ki, bu ilin iyulunda MLS “İnter Mayami” argentinalının azad agent kimi kluba keçdiyini açıqlamışdı. Son iki ildə Messi Fransanın “Paris Sen-Jermen” klubunda çıxış edib.