image-2000x150
image-3333backend

Messi öz biznesini erməni sahibkara həvalə etdi

image-728x90

2022-ci ildə Leo Messi özünün “Play Time” investisiya şirkəti yaratdı. Bloomberg xəbər verir ki, şirkət idman, texnologiya və mediaya investisiya etmək üçün ABŞ-da yaradılıb. Ulusal.az Rusiyanın sports.ru saytına istinadən xəbər verir   ki, dünyanın ən yaxşı oyunçusu yeni biznesini erməni sahibkar Razmik Ovaqimyana (Hovakimyan) həvalə edib.

Ovagimyan Qahirədə erməni ailəsində anadan olub, 16 yaşında Los-Ancelesə köçüb və Berkli Universitetində siyasi iqtisadiyyat və biznesin idarə edilməsi üzrə təhsil alıb.

O, beynəlxalq onlayn video yayım saytı Viki-nin həmtəsisçisi və baş direktoru, həmçinin qlobal məzmun üzrə baş icraçı direktordur.

Bundan başqa, erməni sahibkar Yaponiyanın “Rakuten” elektron ticarət şirkətinin (Leonun keçmiş komandası “Barselona”nın əsas sponsorlarından biri) direktorlar şurasının müşahidəçisidir.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90