image-rt-reklam
image-99backend

Messi dayanmır, bu dəfə dubl etdi – Video

image-728x90

“İnter Mayami” Liqa Kubokunun qrup mərhələsində “Atlanta”ya 4:0 hesabı ilə qalib gəlib.

Ulusal.az xəbər verir ki, bu qarşılaşmada Lionel Messi dubl edib. Özü də Leo hər iki qolu ağ ayağı ilə vurub.

“TyC Sports”un məlumatına görə, argentinalı 8 ildən sonra ilk dəfə bir matçda sağ ayağı ilə 2 qol vurub. Hücumçu bunu görüşün ilk 22 dəqiqəsində edib. Messi ilk dəfə yeni komandasında start heyətində meydana çıxıb.

Messi sonuncu dəfə 2015-ci ildə “Levante” ilə oyunda “Barselona”nın forması ilə sağ ayağı ilə dubl etmişdi.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90