image-2000x150
image-cc_venice_jean-moral_gabrielle-chanel-on-her-couchbackend

Məşhur ulduzdan qadınlara 6 HƏYAT DƏRSİ: Kişinin qucağında quşdan ağır olmayın!

image-728x90

Bir dəfə Paris küçəsində “Chanel” brendinin yaradıcısı Qabriel Koko Şaneli görən məşhur kuturye Paul Poiret heyrətamiz dərəcədə sadə qara yubkasına baxaraq onu aşağılamağa çalışır. “Kimin yasını tutursunuz belə, madmazel” deyə qadınlar üçün məxmər parçadan dəbdəbəli geyimlər hazırlayan dizayner istehza ilə ondan soruşur. Koko isə düşünmədən bildirir ki, “Əlbəttə ki, sizin, monsenyor”.

Onu qara geyindiyi üçün tez-tez tənqid etsələr də, illər göstərdi ki, Şanelin moda dünyasına ərmağan etdiyi qara donların istər qısa, istərsə də uzun versiyaları hər bir qadının qarderobunun əvəzolunmazıdır. Və öz yerini heç nəyə vermək niyyətində deyil.

Koko Şanelin 6 həyat dərsi ilə tanış edirik.

Birinci dərs : “Uğur çox vaxt uğursuzluq ehtimalını yaxına buraxmayanlara gəlir”

Koko Şanel demək olar ki, heç vaxt yemək bişirməzdi. Amma o, həqiqətən sevdiyi və bacardığı bir işlə məşğul olurdu. Bütün enerjisini dəbdəbəli brendin yaradılmasına xərcləyən modelyer, yemək bişirməyi bu işdə bacarıqlı olanların öhdəsinə buraxırdı.

İkinci dərs: “Yedikdən sonra öz izini qoyan yeməyi sevmirəm”

Şanel tez-tez Avropanın yüksək təbəqəsinin zəngin məşhurları ilə nahar etsə də, Fransız Rivierasındakı villasında ağız dadı çox sadə idi. Naharda, adətən bişmiş kartof və ya şabalıd püresi yeyirdi. “Mən yeməkdən sonra öz izini qoyan yeməyi sevmirəm” deyən modelyer aşpazlarına da soğandan istifadə etməyi qəti qadağan etmişdi.

Lindi Vudxed Kokodan bəhs etdiyi “Müharibənin Rəngləri” kitabında qeyd edib ki, onun yeməkdə eksantrik bir ağız dadı var idi, xüsusilə ədviyyatlı yeməklərin qoxusuna dözə bilmirdi. Qızardılmış qabırğanın, acı sousun, soğanın və ədviyyatlı lobyanın ətri onun ürəyini bulandırırdı.

Üçüncü dərs: Dəbdəbə rahatlıq bəxş etməlidir, əks halda o, dəbdəbə deyil

Qara paltar konsepti Şanelin bütün dünya qadınlarına hədiyyəsi idi. O deyirdi ki, sizə hansı rəng yaraşırsa, o da dəbdədir. Şaneldən əvvəl qara, matəm rəngi hesab olunurdu, lakin onun icad etdiyi siluet, istifadə etdiyi ipək, tül, krujeva kimi parçalar, dizdən bir qədər aşağı uzunluq, eləcə də, belə bir paltarın bədən quruluşunu daha incə göstərməsi onu moda aləminin əbədi trendinə çevirdi.

Dördüncü dərs: “Həmişə ətirdən istifadə edin”

Şanelin məşhur kəlamı öz sözünü deyir: “Ətir vurmayan qadının gələcəyi yoxdur”. O, müsahibələrində tez-tez deyirdi ki, qadın baxımlı olmalı, özünü sevməli və özünə qulluq etməlidir. Ən çox da parfüm seçiminə fikir verilməlidir. Seçdiyiniz qoxu xarakterinizlə bərabər yaşınıza da uyğun olmalıdır.

Dərs 5: “Kişinin qucağında quşdan ağır olmaq istəmirəm!”

Şanel vegetarian deyildi, amma ət yeməklərinə də çox meylli deyildi. O, Parisin Rue de Rivoli küçəsindəki “Chez Angelina” kafesində şampan, isti şokolad, pendir və krakerlər yeməyi üstün tuturdu. Gənc və gözəl qalmaq üçün hər gün kürü yeməyə və qırmızı şərab içməyə çalışırdı.

Şanel inanırdı ki, kişinin qucağında olan qadının çəkisi quş kimi yüngül olmalıdır. Ömrünün son illərində Parisdə həddindən artıq kilolu qadınların olduğunu görən Şanel müsahibəsində belə bir çıxış etmişdi: “Ən əsası yemək yeməməkdir. Fransızların bu qədər yemək yediyini görməyə gözüm yoxdur”.

Altıncı dərs: “Ağlınızı itirməyin!”

Əfsanəvi modelyer qadınları hər şeydən çox özünü sevməyə səsləyirdi: “Əgər indiyədək bir insanı ağlınızı itirəcək dərəcədə çox sevmisinizsə, səhv etmisiniz. Çünki sevgi insanın sağlam düşünməməsinə səbəb olur. Bir qadın üçün ən dəyərli sevgi, ağlı ilə ürəyinin üst-üstə düşməsidir.

Vaxtınızı boş şeylərə sərf etməyin. Sizə qarşılığını verməyən heç kimə görə göz yaşı tökməyin. Sizə dəyər verməyən, fikirlərinizə, hisslərinizə hörmət qoymayan insanlardan daima uzaq olun. Qəbul edin ki, insanları dəyişdirmək mümkün deil və sizə həqiqiqətən kimin dəyər verdiyinə baxın. Bu, həyatın ən vacib şərtidir. Hər bir qadın layiq olduğu yaşı yaşayır, unutmayın. Üzünüzdəki cizgilər əməllərinizin işarəsidir və siz hər zaman onlardan yaxa qurtarmaq məcburiyyətində deyilsiniz. Mən, insanların yaşlandıqca daha da xoşbəxt olduqlarını düşünürəm. Yaş və xoşbəxtlik arasındakı əlaqə 40-dan sonra daima dəyişir və xoşbəxtlik artmağa başlayır.

Qadın gözəl olmaq məcburiyyətində deyil, sadəcə gözəl olduğuna inanmalıdır. Gözəllik, gözəl görünüş yalnız düşüncələrimizlə bağlıdır. Gözəllik onu yalnız özününküləşdirdiyiniz zaman zahirinizdə əks olunacaq”.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90