Bir müddətdir ağır depressiya ilə mübarizə aparan amerikalı müğənni Koko Li intihar edib.
Ulusal.az xarici mediaya istinadən xəbər verir ki, bir neçə gün əvvəl intihara cəhd edən 48 yaşlı sənətçi xəstəxanaya aparılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. Bu barədə müğənninin yaxınları sosial media hesabı üzərindən açıqlama yayıb.
“Koko peşəkar mütəxəssis yardımı alsa da, depressiya ilə mübarizədə əlindən gələni etsə də, təəssüf ki, içindəki şeytan onun yaxşı tərəfləri aldı”, – sözləri qeyd olunub.
Honq-Konqda anadan olan musiqiçi 9 yaşında ABŞ-a köçüb və musiqi karyerasına orada başlayıb. 1998-ci ildə “Disney”in “Mulan” cizgi filmindəki “Reflection” mahnısı ilə tanınan müğənni “Oskar” mükafatlandırma gecəsində çıxış edən ilk Amerikada yaşayan çinli kimi tarixə düşüb. Li həm də moda markası “Chanel”in ilk çinli modeli idi.