image-2000x150
image-medvedev-696x434backend

Medvedevdən qorxulu açıqlama: “Rusiyasız dünya olmasın…”

image-728x90

Rusiya Federasiyası Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedev bütün bəşəriyyəti hədələyən mesajlar verib.

Medvedev bəyan edib ki, əgər Rusiyanın mövcudluğu məsələsi qaldırılsa, o zaman bütün bəşəriyyətin mövcudluğu sual altına düşəcək.

“Rusiyanın mövcudluğu ciddi şəkildə qaldırılsa, bu, Ukrayna cəbhəsində həll olunmayacaq, bütün bəşəriyyətin gələcəyi məsələsi ilə birgə həll olunacaq. Başqa fikir ola da bilməz. Rusiyasız dünya bizə lazım deyil”.

Medvedev bəyan edib ki, Rusiyanın düşmənləri Ukraynanı silah-sursatla təchiz edib, mümkün danışıqlara mane olurlar:

“Bizim düşmənlərimiz məhz bununla məşğul olurlar və başa düşmək istəmirlər ki, onların bu məqsədi total fiaskoya aparıb çıxaracaq. Hamının məğlubiyyətinə. İflasa. Qiyamətə…”

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90