image-2000x150
image-ec9a1adc-731b-4eca-b1fb-6640232ba42cbackend

MEDVEDEV BU DƏFƏ ZELENSKİNİ TƏHDİD ETDİ – “Başqa çarəmiz qalmadı…”

image-728x90

Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Kremlə hücuma cavab olaraq Ukrayna Prezidenti Volodimir Zelenskinin və onun komandasının məhv edilməli olduğunu bildirib.

Bu barədə o, özünün “Telegram” kanalından paylaşım edib.

“Bugünkü terror aktından sonra Zelenski və onun komandasının fiziki məhv edilməsindən başqa heç bir seçim qalmadı. Hətta qeyd-şərtsiz təslim olma aktını imzalamağa belə ehtiyac yoxdur”, – deyə Rusiya rəsmisi qeyd edib.

Xatırladaq ki, Rusiya ötən gecə Kremlə PUA ilə hücum edildiyini açıqlayıb. Moskva hücuma görə Ukraynanı günahlandırıb. Kiyev isə ittihamları rədd edib.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90