image-rt-reklam
image-1backend

Maskın aldığı maaş müzakirələrə səbəb olub – Özünə 56 milyard dollarlıq paket ayırıb

image-728x90

ABŞ-də məhkəmə “Tesla” şirkətinin baş direktoru, tanınmış miyarder İlon Maska ödənilən maaş paketinin ləğvi ilə bağlı hazırlıq işlərinə başlayıb.

Ulusal.az xəbər verir ki, Delaver Məhkəməsinin hakimi Kthaleen MakKormikMaskınmaaş paketininədalətsizolduğunumüəyyənedibvə bununləğvedilə biləcəyinə dair qərarverib.

Hakim Maskın aldığı maaşla bağlı da fikir bildirib. MakKormik Maskın təxminən 56 milyard dollarlıq maaş paketinin “ağılasığmaz məbləğ” olduğunu və “Tesla”nın idarə heyəti tərəfindən ədalətsiz olduğu güman edilən bu paketin iddiaçının istəyi ilə ləğv edilə biləcəyini deyib.

Mask isə hakimin bu yanaşmasını doğru hesab etmədiyini bildirib.

“X” sosial media hesabından paylaşım edən Mask, “Heç vaxt Delaver əyalətində şirkət qurmayın” şəklində çağırış edib.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90