ARDNŞ-nin fəaliyyəti əsas olaraq 6 sahəyə bölünmüşdür. Bunlar:
-Neft-qaz yataqlarının kəşfiyyatı
-Neft-qaz hasilatı
-Neftin və təbii qazın emalı
-Neft kimyası
-Enerjidaşıyıcıların nəqli
ARDNŞ-yə tabe olan Azərneftyağ Neft Emalı Zavodu yanacaq və yağların istehsalı üzrə ixtisaslaşmışdır. Burada neftin emalı nəticəsində benzin, kerosin, dizel distillatları, mühərrik, sənaye, turbin, transformator, digər müxtəlif yağlar və bitum istehsal olunur. Son 2 ildə burada istehsal olunmuş bütün yanacaq distillatları təkrar emal üçün Heydər Əliyev adına BNEZ-ə nəql olunur. 2010-cu ildə zavodda 215,2 min ton ilkin emal benzini, 174,9 min ton kerosin, 599,8 min ton dizel distillatları, 1,3 min ton mühərrik yağı, 27,6 min ton sənaye yağı, 7,9 min ton turbin yağları, 14,1 min ton transformator yağı, 36,2 min ton digər yağlar və 241,4 min ton bitum istehsal olunmuşdur. Heydər Əliyev adına BNEZ-də xam neftin emalı yanacaqların üstün istehsal sxemi ilə aparilir. Azərbaycan neftinin 24 çeşidindən 21-i Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunda emal olunur ki, bunlardan da öz növbəsində 15 adda neft məhsulu, o cümlədən avtomobil benzinləri, aviasiya kerosini, dizel yanacağı, mazut, neft koksu və s. İstehsal olunur. Zavod respublikanın neft məhsullarına olan tələbatını tam ödəyir. Bundan əlavə, istehsal olunan neft məhsullarının 45%-i xarici ölkələrə ixrac edilir. Qaz Emalı Zavodu Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq ARDNŞ-in strukturuna aid edilmişdir. Qaz Emalı Zavodunda “Azneft” İB-də hasil olunmuş təbii və səmt qazları emal edilir. Zavodun istehsal olunmuş məhsullarına təmizlənmiş qaz, maye qaz və qaz benzini aiddir. 2010-cu ildə müəssisədə 4,030 milyard m³ təmizlənmiş qaz, 24,8 min ton maye və 26,7 min ton qaz benzini istehsal olunmuşdur.
Azərbaycan Respublikası Prezidentinin “Neft-kimya sənayesində idarəetmə mexanizmlərinin təkmilləşdirilməsi haqqında” 2 aprel 2010-cu il tarixli Sərəncamına əsasən, “Azərikimya” Dövlət Şirkəti ARDNŞ-nin tabeçiliyinə verilmişdir. “Azərikimya” İB-nin strukturuna “Etilen-Polietilen” zavodu, “Səthi Aktiv Maddələr” zavodu, “Üzvi Sintez” zavodu, “Mexaniki Təmir” zavodu, “Kimyalayihə” institutu, Təmir-Tikinti idarəsi, Nəqliyyat və Xüsusi Texnika idarəsi, Anbar Təsərrüfatı daxildir. “Azərikimya” İB-in istehsal olunmuş məhsullara — propilen, polietilen, butilen-butadien fraksiyası, propilen oksidi, propilen qlikol, izopropil spirti, pirokondensat, maye xlor və qələvi aiddir.
Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə işgüzar səfəri çərçivəsində Əbu-Dabi şəhərində Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) ilə Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkəti arasında Azərbaycan Respublikasında 2 QVt gücündə Dənizdə Külək və Hidrogen Layihələrinin işlənməsinə dair Birgə işlənmə sazişi, həmçinin 1 QVt gücündə Günəş Fotovoltaik və 1 QVt gücündə Quruda Külək Layihələrinin işlənməsinə dair Birgə işlənmə sazişi imzalanıb.
Azərbaycanda 2030-cu ilə qədər elektrik enerjisi istehsalı gücündə bərpa olunan enerji mənbələrinin payının 30 faizə çatdırılması hədəflənir.
Sözügədən sazişlər Azərbaycan Respublikası ilə Birləşmiş Ərəb Əmirlikləri arasında əməkdaşlıq əlaqələrinin daha da gücləndirilməsinə, habelə Azərbaycanda istixana qazı emissiyalarının azaldılmasına, bərpa olunan enerji mənbələrinin və ölkənin davamlı iqtisadi inkişafına töhfə verəcək.
Bərpa olunan enerji sahəsində Birləşmiş Ərəb Əmirliklərinin ən böyük şirkəti olan “Masdar” hazırda Azərbaycanda 230 MVt gücündə “Qaradağ” Günəş Elektrik Stansiyası layihəsini icra edir. Stansiyanın hər il yarım milyard kilovat-saat elektrik enerjisi istehsal etməyə və atmosferə atılan tullantıların ildə 200 min tondan çox azaldılmasına imkan yaradacağı nəzərdə tutulur.
Zərinə Hümbətova—Azərbaycan Dövlət Pedaqoji Universitetinin tələbəsi, YAP üzvü