image-rt-reklam
image-1backend

Makron geri addım atdı – “Gərginliyi artırmaqdan imtina edirik”

image-728x90

Fransa Prezidenti Emmanuel Makron Ukraynaya hərbi qüvvə göndərilməsi ilə bağlı bəyanatlarından sonra Rusiya ilə gərginliyi artırmaqdan imtina etdiklərini deyib.

Ulusal.az xəbər verir ki, Makron bu barədə Çexiyanın “Pravo” nəşrinə müsahibəsində bildirib.

“Biz rus xalqına qarşı müharibə aparmırıq. Həmçinin gərginliyi artırmaqdan imtina edirik”,- deyə o qeyd edib.

Xatılrladaq ki, fevralın 26-da Fransanın ev sahibliyi etdiyi Ukraynaya dəstək konfransının bağlanış mərasimində danışan Makron “Rusiyanın bu müharibədə qalib gəlməsinin qarşısını almaq üçün əlimizdən gələni edəcəyik” deyib. Bu məqsədə çatmaq üçün “hər şey mümkündür” mesajını verən Makron bildirib ki, “Ukraynaya qoşun göndərilməsi də istisna edilmir”.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90