“Dinamo”nun və millimizin üzvü Mahir Emrelinin karyerasıyla bağlı köklü dəyişiklik gözlənilir.
Ulusal.az xəbər verir ki, Xorvatiyanın “slobodnadalmacija.hr” nəşri hücumçunun satışa çıxarılacağını yazıb. Baş məşqçi Sergey Yakiroviçin azarkeşlərin tələbiylə bu addımı atmaq niyyətində olduğunu daha öncə sizə demişdik.
İndi isə redaksiyamıza məlumatın dəqiqliyini artıran növbəti informasiya daxil olub. Belə ki, Mahirin yeni klubu bəlli olmaq üzrədi. Azərbaycana qayıdan futbolçu Türkiyənin “Hatayspor” klubuyla danışıqlara başlayıb. Bunda adı çəkilən komandada çıxış edən həmyerlimiz Renat Dadaşovun da rolu var. Öz növbəsində Sergey Yakiroviç də yeni hücumçu axtarışındadı. Çalışdırıcı yerli mətbuatın “bu dəfə də azərbaycanlı hücumçu gətirəcəksiz?” sualına “Yox, (gülür) amma orda yaxşı çıxış edən legionerlər var. Gələcəkdə baxarıq”, – deyə cavab verib.
Xatırladaq ki, Mahirin “Dinamo” ilə müqaviləsinin müddəti 2026-cı ilin yayına qədərdi.“Football-plus.az